https://sputnik.az/20210820/Mugamin-xani-olan-Xan-eminin-dogum-gundur-427742217.html
"Əsl xan elə bu imiş" - Ancaq bir bəstəkara dəyər verən ustaddan dörd saatlıq xatirə qalıb
"Əsl xan elə bu imiş" - Ancaq bir bəstəkara dəyər verən ustaddan dörd saatlıq xatirə qalıb
Sputnik Azərbaycan
Xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T14:59+0400
2021-08-20T14:59+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
tarixdə bu gün
xan şuşinski
doğum günü
xanəndə
muğam
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40165/39/401653959_0:0:1001:563_1920x0_80_0_0_badd9cf45ed57709055a35d77903ea3e.jpg
BAKI, 20 avqust — Sputnik. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinskinin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 120 il ötür.1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan görkəmli sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. "Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə, sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski", – deyərək ona ustad xeyir-duasını verir.Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.Qeyd edək ki, bu ilin may ayında Şuşada keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalında Xan əminin "Şuşanın dağları" mahnısı səslənmişdi. Həmin lent yazısı hər kəsi göz yaşlarına boğmuşdu.Eləcə də oxuyun:Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülübFələklə iddiada olan dahimiz - Alim Qasımovun doğum günüdür"Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədəAzərbaycanlı musiqiçidən beynəlxalq səviyyəli layihə: "Kamança Şuşanın səsidir"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40165/39/401653959_177:0:1001:618_1920x0_80_0_0_129f05446c2ddddeb8ff2f8d4ee15098.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tarixdə bu gün , xan şuşinski, doğum günü, xanəndə, muğam, azərbaycan
xəbərlər, tarixdə bu gün , xan şuşinski, doğum günü, xanəndə, muğam, azərbaycan
"Əsl xan elə bu imiş" - Ancaq bir bəstəkara dəyər verən ustaddan dörd saatlıq xatirə qalıb
14:59 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir.
BAKI, 20 avqust — Sputnik. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan
Xan Şuşinskinin doğum günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 120 il ötür.
1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan görkəmli sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. "Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə, sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski", – deyərək ona ustad xeyir-duasını verir.
Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Qeyd edək ki, bu ilin may ayında Şuşada keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalında Xan əminin "Şuşanın dağları" mahnısı səslənmişdi. Həmin lent yazısı hər kəsi göz yaşlarına boğmuşdu.
Amerikalı kamança ifaçısı
"Fəxri səfir" diplomuna layiq görülüb
Fələklə iddiada olan dahimiz - Alim Qasımovun doğum günüdür
"
Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədə
Azərbaycanlı musiqiçidən beynəlxalq səviyyəli layihə: "
Kamança Şuşanın səsidir"