https://sputnik.az/20210819/Amerikali-kamancha-ifachisi-Fexri-sefir-diplomuna-layiq-gorulub-427730639.html
Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülüb
Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülüb
Sputnik Azərbaycan
Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu... 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T13:09+0400
2021-08-19T13:09+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
kaman
kaman ustası
unesco
unesco
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40964/82/409648277_38:0:1000:541_1920x0_80_0_0_4f2496d81dd3c240a2c3b9baeea2a1d1.jpg
BAKI, 19 avqust — Sputnik. Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin "Fəxri səfiri" diplomuna layiq görülüb.Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.Məlumat üçün bildirək ki, kamança Azərbaycan çalğı alətləri içərisində zəngin melodik imkanları ilə seçilən alətlərdən biridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2017-ci ilin dekabr ayının 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.Həmçinin oxuyun:Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm - Bəstəkardan qızıl kimi söhbətlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40964/82/409648277_161:0:882:541_1920x0_80_0_0_238b51f2acbbe0e3e40f116ffef9ef3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, kaman, kaman ustası, unesco, unesco, azərbaycan
xəbərlər, kaman, kaman ustası, unesco, unesco, azərbaycan
Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülüb
13:09 19.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
BAKI, 19 avqust — Sputnik. Amerika Muğam Cəmiyyətinin prezidenti,
Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı
Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin,
"Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin qonağı olub.
Sputnik Azərbaycan xəbər verir ki, mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin "Fəxri səfiri" diplomuna layiq görülüb.
Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
Məlumat üçün bildirək ki, kamança Azərbaycan çalğı alətləri içərisində zəngin melodik imkanları ilə seçilən alətlərdən biridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2017-ci ilin dekabr ayının 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm -
Bəstəkardan qızıl kimi söhbətlər