Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan-Portuqaliya oyununun biletləri satışa çıxarılır

© AP Photo / Frank AugsteinФинал чемпионата Европы по футболу 2016: Франция - Португалия
Финал чемпионата Европы по футболу 2016: Франция - Португалия - Sputnik Azərbaycan, 1920, 20.08.2021
COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir.
BAKI, 20 avqust — Sputnik. Dünya Çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri satışa çıxarılır.
Sputnik Azərbaycan AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 7-də baş tutacaq matçın biletləri avqustun 21-dən etibarən satışda olacaq.
COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir. Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Xatırladaq ki, bu dünya tarixində sayca 22-ci Dünya Çempionatıdır.
Eləcə də oxuyun:
Konfrans Liqası: "Qarabağ" qalib gəldi, "Neftçi" üç qolun dadını çıxara bilmədi
Məşhur almaniyalı futbolçu Gerd Müller vəfat edib
Azərbaycan millisinin oyunlarında hakimlərə cansız köməkçi qoşulacaq
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала