CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur almaniyalı futbolçu Gerd Müller vəfat edib

© AP PhotoГерд Мюллер, фото из архива
Герд Мюллер, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Milli komandanın tərkibində adıçəkilən hücumçu 1972-ci il Avropa çempionatının və 1974-cü il dünya çempionatının qalibi olub.
BAKI, 15 avqust — Sputnik. Almaniya millisinin heyətində dünya və Avropa çempionu olmuş məşhur futbolçu Gerd Müller həyatının 76-cı ilində dünyadan köçüb. Bu barədə Sputnik Azərbaycan İnterfax-a istinadən xəbər verir.
Qeyd edək ki, 365 qol vurmuş Gerd Müller Bundesliqa tarixində ən yaxşı bombardir olaraq qalır.
Milli komandanın tərkibində adıçəkilən hücumçu 1972-ci il Avropa çempionatının (eyni zamanda ən yaxşı bombardir) və 1974-cü il dünya çempionatının qalibi olub.
Ümumilikdə milli komandanın heyətində 62 dəfə meydana çıxan Müller 68 dəfə rəqib qapısına yol tapıb.
Həmçinin oxuyun:
Prinsipial oyun: "Qarabağ"ın oyunundan danışan kadrlar
Xəbər lenti
0