Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Konfrans Liqası: "Qarabağ" qalib gəldi, "Neftçi" üç qolun dadını çıxara bilmədi

© Sputnik / Murad OrujovKonfrans Liqası: "Qarabağ" - "Aberdin" oyunu.
Konfrans Liqası: Qarabağ - Aberdin oyunu. - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" və "Neftçi" klubları pis başlamayıblar. Onlardan biri qələbə qazanıb, digəri isə üç qol vursa da qalib gələ bilməyib.
BAKI, 19 avqust — Sputnik. “Qarabağ” və "Neftçi" avrokuboklarda növbəti oyunlarını keçiriblər. 
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.
İlk hissənin ortalarında Xayme Romero qonaqların qapıçısını məyus edib. Oyun elə 1:0 hesabı ilə də bitib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.
Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya) - 1:0
Qol: Xayme Romero, 30
Tofiq Bəhramov adına Respublika stadionu
Konfrans Liqasının pley-off mərhələsində daha bir təmsilçimiz "Neftçi" Bakıda Hayfa “Makkabi”si ilə oynayıb. Altı qol vurulan matç heç-heçə ilə bitib.
Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.
Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) - 3:3
Qollar: Yusuf Laval, 50, 66, Emin Mahmudov, 72 - Omer Atzili, 9, Tyaron Çeri, 78, 90+6
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77
Bakı. “Bakcell Arena”
---------
20:01
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Neftçi" və İsrailin "Makkabi" (Hayfa) klublarının start heyətləri açıqlanıb. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Harramiz Soareş, 14. Romen Bask, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Uqu Baştu, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
"Makkabi": 44. Coşua Koen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atsili, 10. Tyaronn Çeri, 12. Sun Menahem, 14. Xose Rodriges, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Daan, 25. Yosef-Raz Meyr
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Holdberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon
Baş məşqçi: Barak Baxar
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Həmçinin oxuyun:
Pərviz Musayev “Qarabağ” və “Neftçi”nin şanslarını dəyərləndirdi
Xəbər lenti
0