20:49 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234

Pərviz Musayev “Qarabağ” və “Neftçi”nin şanslarını dəyərləndirdi

RADİO
Qısa URL
25 0 0

İdman şərhçisi Pərviz Musayev bildirib ki, “Neftçi”nin HİK-lə görüşdə iki oyuna beş qol buraxması "Makkabi" qarşılaşmada xoş olmayan proqnozlar irəli sürməyə şərait yaradır

Pərviz Musayev: ““Qarabağ”ın qrup mərhələsinə düşmə ehtimalları realdır”

Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaq. Hər iki komanda birinci matçlarını Bakıda keçirəcək.

İdman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a komandalarımızın bugünkü oyunlardakı şanslarını dəyərləndirib.

Pərviz Musayev bildirib ki, “Neftçi”nin HİK-lə görüşdə nümayiş etdirdiyi oyun xeyli suallar ortaya çıxardı: “Məhz bu oyun Makkabi ilə görüşdə üstünlüyün rəqibdə olmasını deməyə əsas verir. “Neftçi”nin HİK-lə görüşdə iki oyuna beş qol buraxması "Makkabi" ilə qarşılaşmada xoş olmayan proqnozlar irəli sürməyə şərait yaradır. Fiziki və oyun planında olmasa da, hazırda “Neftçi”yə psixoloji planda toparlanmaq lazımdır. “Qarabağ”da isə oyundan-oyuna artımın olduğunu müşahidə edirik. Bu amil “Qarabağ”ın Aberdinlə iki qarşılaşmadan sonra qrup mərhələsinə düşməsini ehtimallarını real edir”.

Pərviz Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular