https://sputnik.az/20210819/Herbchilerimiz-Tank-biatlonu-musabiqesine-hazirlqlarini-davam-etdirirler-427712299.html
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
Sputnik Azərbaycan
Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar. 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T19:49+0400
2021-08-19T19:49+0400
2021-11-17T00:01+0400
cəmiyyət
xəbərlər
tank
tank biatlonu
hərbçilər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/05/424856166_0:233:3073:1971_1920x0_80_0_0_9a554c0b2b37a909f6b2a99fa75b6a3c.jpg
BAKI, 16 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.Qeyd edək ki, Rusiyada keçiriləcək Beynəlxalq Ordu Oyunları 2021 çərçivəsində "Tank biatlonu" müsabiqəsinin püşkatması aparılıb. Püşkatma "Patriot" parkında keçirilib. Püşkatamada 19 ölkədən olan komandaların nümayəndələri və müsabiqənin hakimləri iştirak ediblər.2020-ci ildə keçirilən müsabiqənin yekunlarına görə, 2021-ci ildə keçiriləcək müsabiqədə iştirak edən ölkələr iki diviziona bölünüb. İlk diviziona 11 ölkədən olan milli – Azərbaycan, Belarus, Veneseula, Vyetnam, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya, Suriya və Özbəkistan daxildir. İlk divizionun püşkatmasına əsasən, "individual yarışlarda" göy rəngli tanklarda Azərbaycan və Suriya komandaları, qırmızı tanklarda Çin, Vyetnam və Serbiya, yaşıl rəngli tanklarda Rusiya, Qazaxıstan və Venesuela, sarı rəngli tanklarda isə Belarus və Özbəkistan yarışacaq. Yarışı ilk üçlükdə tamamlayan komandalar "İndividual yarış" qalibləri və mükafatçıları olacaq.Hər ölkədən olan üç ekipajın göstərdiyi nəticələrin cəminə əsasən hər divizionda 8 komanda müəyyənləşəcək və onlar 31 avqust və 1 sentyabr tarixlərində keçiriləcək yarımfinal mərhələsində iştirak edəcəklər. Yarımfinal mərhələsində ən yaxşı nəticə göstərən dörd komanda isə sentyabrın dördü Alabino poliqonunda keçiriləcək final mərhələsində iştirak edəcək.Yarışlardan əvvəl tankçılar trek, hədəf meydançası ilə tanış olacaq, praktiki məşğələlər keçəcək və döyüş maşınlarının standart silahlarını tənzimləyəcəklər.Xatırladaq ki, 2020-ci ildə keçirilən "Tank biatlonu"nun final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.Eləcə də oxuyun:Hərbçilərimiz "Tank biatlonu"nda çıxışlarını başa vurdular - FOTOAzərbaycanlı tankçılar Alabinoda: tank yürüşündən kadrlarQeyri-adi Sevgililər Günü – tankların köməyilə evlilik təklifi etdi - VİDEO
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/05/424856166_0:118:3073:2048_1920x0_80_0_0_2f4d5b64bc2e9231ec69ed9394e0e629.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tank, tank biatlonu, hərbçilər, dünya, azərbaycan
xəbərlər, tank, tank biatlonu, hərbçilər, dünya, azərbaycan
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
19:49 19.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.
BAKI, 16 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.
Qeyd edək ki, Rusiyada keçiriləcək Beynəlxalq Ordu Oyunları 2021 çərçivəsində "Tank biatlonu" müsabiqəsinin püşkatması aparılıb. Püşkatma "Patriot" parkında keçirilib. Püşkatamada 19 ölkədən olan komandaların nümayəndələri və müsabiqənin hakimləri iştirak ediblər.
2020-ci ildə keçirilən müsabiqənin yekunlarına görə, 2021-ci ildə keçiriləcək müsabiqədə iştirak edən ölkələr iki diviziona bölünüb. İlk diviziona 11 ölkədən olan milli – Azərbaycan, Belarus, Veneseula, Vyetnam, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya, Suriya və Özbəkistan daxildir. İlk divizionun püşkatmasına əsasən, "individual yarışlarda" göy rəngli tanklarda Azərbaycan və Suriya komandaları, qırmızı tanklarda Çin, Vyetnam və Serbiya, yaşıl rəngli tanklarda Rusiya, Qazaxıstan və Venesuela, sarı rəngli tanklarda isə Belarus və Özbəkistan yarışacaq. Yarışı ilk üçlükdə tamamlayan komandalar "İndividual yarış" qalibləri və mükafatçıları olacaq.
Hər ölkədən olan üç ekipajın göstərdiyi nəticələrin cəminə əsasən hər divizionda 8 komanda müəyyənləşəcək və onlar 31 avqust və 1 sentyabr tarixlərində keçiriləcək yarımfinal mərhələsində iştirak edəcəklər. Yarımfinal mərhələsində ən yaxşı nəticə göstərən dörd komanda isə sentyabrın dördü Alabino poliqonunda keçiriləcək final mərhələsində iştirak edəcək.
Yarışlardan əvvəl tankçılar trek, hədəf meydançası ilə tanış olacaq, praktiki məşğələlər keçəcək və döyüş maşınlarının standart silahlarını tənzimləyəcəklər.
Xatırladaq ki, 2020-ci ildə keçirilən "Tank biatlonu"nun final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.
Hərbçilərimiz
"Tank biatlonu"nda çıxışlarını başa vurdular - FOTO
Qeyri-adi Sevgililər Günü – tankların köməyilə evlilik təklifi etdi - VİDEO