“Tank biatlonu” yarışı çərçivəsində tank ekipajları Alabino poliqonunda öz hünərlərini göstərib. Yürüşlərin ilk günündə Azərbaycan, Serbiya, Belarus və Çin tank ekipajları birinci yer uğrunda mübarizə aparıblar.
Yarışın liderləri titulunu Çin tankçıları qazanıblar: onlar trassı 19 dəqiqə 20 saniyəyə qət ediblər. Belarus komandasının nəticəsi 21 dəqiqə 57 saniyə olub, onların dalınca isə finiş xəttinə 22 dəqiqə 31 saniyə nəticə ilə Azərbaycan yığması çatıb. Ən son isə trassı serbiyalılar başa çatdırıb – bunun üçün onlara 29 dəqiqə 59 saniyə gərək olub.
Bundan başqa, müsabiqədənkənar yürüşdə əfsanəvi “T-34”lər iştirak ediblər. Artıq avqustun 29-da isə Belarus, Serbiya və Azərbaycanı təmsil edən birinci divizion komandalarının yürüşü baş tutacaq.