12:31 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
538 0 0

Rusiyaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə də görüşüb

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Yarış zamanı
    © AR Ministry of Defence
  • Yarış zamanı
    © AR Ministry of Defence
  • Yarış zamanı
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Yarış zamanı

Məlumata görə, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.

© Sputnik / Mihail Voskresenskiy
"Alabino" poliqonundakı "Tank biatlonu - 2020" yarışının final estafetində Çin, Rusiya, Azərbaycan və Belarus (soldan sağa) komandalarının tankları

Rusiyaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə də görüşüb. APA-nın məlumatına görə, onlar birlikdə Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olublar. Pakistanlı general Azərbaycan bayrağını əlinə alaraq azərbaycanlı həmkarı ilə həmrəylik nümayiş etdirib.

 

 

Əsas mövzular