CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfqan uşağı himayəsinə götürmək istəyən Xalq artisti tənqidlərə tuş gəlib

© AFP 2024 / Wakil KohsarАфганцы на взлетной полосе в аэропорту Кабула
Афганцы на взлетной полосе в аэропорту Кабула  - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Bəzi insanlar onun bu fikrini dəstəkləsələr də, bəziləri tənqid ediblər. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda kimsəsiz uşaqlar evindən uşaq götürməsini məsləhət görüblər.
BAKI, 18 avqust — Sputnik. Xalq artisti Naibə Allahverdiyeva Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istəyib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu barədə özünün "instagram" hesabında yazıb. O bildirib ki, bunu necə edəcəyi ilə bağlı məlumatsızdır.
"Çox istərdim, əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum. Amma haraya müraciət edəcəyimi bilmirəm", - deyə Allahverdiyeva qeyd edib.
Bəzi insanlar onun bu fikrini dəstəkləsələr də, bəziləri tənqid ediblər. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda kimsəsiz uşaqlar evindən uşaq götürməyi tövsiyə ediblər.
Aktrisa tənqidlərə: "Bizim uşaq evində olanlar dövlət himayəsindədir. Onlar isə dövlətsiz, sahibsizdilər. Qəlbində imanı, mərhəməti olan məni başa düşər. Onlardan bir uşağı himayəyə götürmək onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər", - cavabını verib.
Məlumat üçün bildirək ki, Gənc Tamaşaçılar Teatrının aktrisası kinoda da unudulmaz obrazlar yaradıb. Xalq artisti "Yarımştat", "İnterpapa", "Bomba", "Əlvida, cənub şəhəri", "Laplandiyalı qonaq", "100 kağız" və s. filmlərdə rol alıb.
Eləcə də oxuyun:
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Taliblər qadınlara səsləndilər
ABŞ qonşu dövlətlərdən xahiş etdi: əfqan qaçqınlara qapınızı açın
Xəbər lenti
0