https://sputnik.az/20210818/Kabilden-texliye-davam-edir-efqanstandaki-veziyyetle-bagli-ne-melumdur-427726398.html
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Sputnik Azərbaycan
Əfqanıstan yeni reallığa uyğunlaşmağa, ölkə paytaxtı isə həyatın əvvəlki axarına düşməyə çalışır. Bu ərəfədə taliblər ölkədə hakimiyyəti ələ alandan... 18.08.2021, Sputnik Azərbaycan
2021-08-18T16:36+0400
2021-08-18T16:36+0400
2021-11-17T00:01+0400
multimedia
video
xəbərlər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726300_0:0:1911:1080_1920x0_80_0_0_fd1d808b2ef5ee555ccddd3482584a58.jpg
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban* hərəkatı Kabildə ibadət mərasimi ilə başlayan ilk mətbuat konfransını keçirib. Jurnalistlər qarşısında çıxış edən hərəkatın mətbuat katibi Zabihulla Mücahid Qurandan müəyyən surələr oxuyandan sonra ölkədə Amerika işğalının başa çatması münasibətilə bütün əfqanları təbrik edib.Taliblər bəyan ediblər ki, dünyada heç bir ölkəyə qarşı düşmənçilik münasibəti göstərmək istəmirlər. Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lər tam təhlükəsizlik altındadır.Taliban*, həmçinin bəyan edib ki, ölkə ərazisindən digər dövlətlərə hücum bazası kimi istifadə olunmasına yol verməyəcək.Mücahid bildirib ki, ölkədə qadınların hüquqları müdafiə olunacaq, onlara şəriət çərçivəsində aktiv həyat tərzi keçirmək imkanı yaradılacaq. O, həmçinin bildirib ki, qadınlardan üzü açıq saxlayan hicab geyinmələri tələb olunacaq. Mücahidin sözlərinə görə, Əfqanıstanda minlərlə məktəb öz işini davam etdirir, ölkədə həyat öz axarına düşməyə başlayıb.Mücahid bəyan edib ki, Talibanın* formalaşdırdığı Əfqanıstan hökuməti ölkənin əvvəlki iqtidarından daha yaxşı işləməyə qadirdir.“Bu, güclü İslam dövləti olacaq, sizi buna əmin edə bilərəm. Bu dövlət bizim dəyərlərimizi müdafiə edərək xalqımıza xidmət edəcək”, – deyə Mücahid vəd verib.Bu arada, taliblər Kabildə buraxılış-nəzarət məntəqələri şəbəkəsi yaradıblar. Ölkə sakinləri və əcnəbilər isə əvvəlki kimi aeroporta can atırlar. Taliblər ölkədən getmək istəyənlərə hücum etməyəcəklərini bildiriblər.* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726300_0:0:1719:1080_1920x0_80_0_0_b38f6180ab7df7b9c1ecdc97014569b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, dünya, azərbaycan
multimedia, xəbərlər, dünya, azərbaycan
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
16:36 18.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Əfqanıstan yeni reallığa uyğunlaşmağa, ölkə paytaxtı isə həyatın əvvəlki axarına düşməyə çalışır. Bu ərəfədə taliblər ölkədə hakimiyyəti ələ alandan sonra ilk dəfə mətbuat konfransı keçiriblər.
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban* hərəkatı Kabildə ibadət mərasimi ilə başlayan ilk mətbuat konfransını keçirib. Jurnalistlər qarşısında çıxış edən hərəkatın mətbuat katibi Zabihulla Mücahid Qurandan müəyyən surələr oxuyandan sonra ölkədə Amerika işğalının başa çatması münasibətilə bütün əfqanları təbrik edib.
Taliblər bəyan ediblər ki, dünyada heç bir ölkəyə qarşı düşmənçilik münasibəti göstərmək istəmirlər. Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lər tam təhlükəsizlik altındadır.
Taliban*, həmçinin bəyan edib ki, ölkə ərazisindən digər dövlətlərə hücum bazası kimi istifadə olunmasına yol verməyəcək.
Mücahid bildirib ki, ölkədə qadınların hüquqları müdafiə olunacaq, onlara şəriət çərçivəsində aktiv həyat tərzi keçirmək imkanı yaradılacaq. O, həmçinin bildirib ki, qadınlardan üzü açıq saxlayan hicab geyinmələri tələb olunacaq. Mücahidin sözlərinə görə, Əfqanıstanda minlərlə məktəb öz işini davam etdirir, ölkədə həyat öz axarına düşməyə başlayıb.
Mücahid bəyan edib ki, Talibanın* formalaşdırdığı Əfqanıstan hökuməti ölkənin əvvəlki iqtidarından daha yaxşı işləməyə qadirdir.“Bu, güclü İslam dövləti olacaq, sizi buna əmin edə bilərəm. Bu dövlət bizim dəyərlərimizi müdafiə edərək xalqımıza xidmət edəcək”, – deyə Mücahid vəd verib.
Bu arada, taliblər Kabildə buraxılış-nəzarət məntəqələri şəbəkəsi yaradıblar. Ölkə sakinləri və əcnəbilər isə əvvəlki kimi aeroporta can atırlar. Taliblər ölkədən getmək istəyənlərə hücum etməyəcəklərini bildiriblər.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması