https://sputnik.az/20210816/shok-ve-dehshet-dunya-efqanistanda-oz-taleyini-izledi-427711400.html
Şok və dəhşət: dünya Əfqanıstanda öz taleyini izlədi
Şok və dəhşət: dünya Əfqanıstanda öz taleyini izlədi
Sputnik Azərbaycan
Şənbə günü ABŞ Prezidenti Co Baydenin qərarının Talibanın zəfər yürüşünü nə qədər yubadacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülürdü. Bazar günü səhər... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T21:37+0400
2021-08-16T21:37+0400
2021-11-16T20:28+0400
xəbərlər
rusiya
təhlil
əfqanıstan
taliban
abş
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427711125_0:128:3072:1866_1920x0_80_0_0_fcf876570b8f4f2eee60e667539a55d4.jpg
BAKI, 16 avqust — Sputnik, İrina Alksnis. Hələ şənbə günü axşam saatlarında analitiklər Əfqanıstana geri qaytarılan 5 min nəfərlik Amerika hərbçilərinin Talibanın* zəfər yürüşünü nə qədər gecikdirəcəyi məsələsini müzakirə edirdilər. Bu barədə əmri Co Bayden verərək atdığı addımı məhdud sayda diplomatik personalın təhlükəsizliyinin təminatı ilə əsaslandırmışdı.Hərçənd, heç kim Taliban hərəkatının nəzarəti altında baş verən hakimiyyət dəyişikliyinin qaçılmaz olduğuna şübhə ilə yanaşmasa da, ABŞ prezidentinin qərarının bunu nə qədər yubadacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülürdü.Bazar günü səhər saatlarında məlum oldu ki, bütün bu ekspert mülahizələrini zibil qutusuna atmaq olar. Qərbin Talibanla mübarizəyə və Əfqanıstanın qərbləşdirilməsinə həsr etdiyi 20 illik səyləri bir günün, daha doğrusu, bir neçə saatın içində heç olub göyə sovruldu.Baş verənlərin miqyası və sürət elə böyük idi ki, nəticə hamıya çoxdan məlum olsa da, bugünkü hadisələr çoxlarında şok, sarsıntı və vahimə yaratdı. Özü də elə böyük əks-səda doğurdu ki, bütün dünyanın gözü qarşısında böyük rüsvayçı uğursuzluq yaşayan Amerika Birləşmiş Ştatları haqqında praktiki olaraq bütün şərhçilərin səsini batırdı.Təbii ki, burada amerikalıların yerini kimin tutacağı və bunun hansı dəhşətli nəticələrə gətirib çıxaracağı da öz rolunu oynayır. Talibanın əvvəlki hakimiyyətə xidmət edənlərə qarşı repressiya aparmayacağı, qadınların cəmiyyətdəki rolunun yumşaldılacağı ilə bağlı vədlərinə baxmayaraq, heç şübhəsiz ki, qarşıda Əfqanıstanı hesablaşmalar və cəzalar gözləyir. Əfqan qadınlarının taleyinə isə əvvəlki kimi qibtə etməyə dəyməz.Arxaiklik müasir sivilizasiyaya qalib gəldi və Qərbə necə yanaşılmasından asılı olmayaraq, bu fakta sevinmək mümkün deyil.Əslində, söhbət heç də sərt, qanlı-qadalı əfqan reallığından, qaranlıq orta əsrlər çağına qaytarılan bu bədbəxt ölkənin vətəndaşlarına acımaqdan getmir. Bazar günü baş verənlər həm də ona görə bu qədər sarsıdıcı idi ki, həmin hadisələr ABŞ-ın qlobal hegemoniyasının süqutunun necə ola biləcəyi ilə bağlı bütün dünyada əyani təsəvvür yaratdı.SSRİ 30 il bundan əvvəl mövcudluğunu başa vurdu və o dövrdə hadisələrin necə sürət və amansızlıqla baş verdiyi bu günə qədər də xüsusi maraq doğurur. Cəmi bir neçə ayın içində sözün əsl mənasında, Yer kürəsinin yarısına hakim olan fövqəldövlətin yerində xaos girdabında boğulan və tez-tez qana boyanan yeni dövlət quruluşlarının konqlomeratı yarandı.Adətən, baş verənləri bu şəkildə qələmə verməyə çalışırlar: içəridən tamamilə çürümüş sistemin axırda fasadı da çökdü.Ancaq bəzən məhz belə olur: sarsılmaz təsir bağışlayan sistem bir anda adi insanların başına çökür və onlara ən dəhşətli nəticədən qaçmaq şansı verilmir. İnsan – dəhşətlər, dağıntılar və ölüm burulğanında sovrulan adi bir qum dənəsinə çevrilir.Baş verən hadisələr indi ikibaşlı şəkildə ona işarə edir ki, ABŞ-ın qlobal hegemon statusunun itirilməsi məhz bu ssenari əsasında gedə bilər – bu ölkə digər geosiyasi qüvvələr tərəfindən funksiyaların, rıçaqların və alətlərin ələ keçirilməsi ilə öz fövqəldövlət taxtından tədricən enməyəcək, idarə olunması mümkün olmayan ani çöküşlə yerlə bir olacaq.Son onilliklər ərzində Əfqanıstan dünyanın əksər hissəsinin gözündə arasıkəsilmədən müharibə aparan, absurd və ibtidai qaydalarla yaşayan əcaib ölkəyə çevrilib.Bazar günü baş verən hadisələr dünyadakı əksər insanları əfqanları yaxından anlamağa sövq etdi. Onların ölkəsində Taliban yoxdur, amma ABŞ onların da həyatında mühüm rol oynayır. Kimlər üçünsə bu ölkə aparıcı ticarət tərəfdaşı, bir başqaları üçün geosiyasi süzeren, üçüncülər üçün işğalçı qüvvə, dördüncülər üçünsə bütün milli iqtisadiyyatın sıx şəkildə bağlı olduğu dünyanın əsas valyutasının emitentidir. Və indi bütün bu insanlar özlərinə sual verirlər: ABŞ-ın qüdrəti digər sahələrdə də belə sürətlə sarsılarsa, onda necə olacaq? Bu bizə konkret hansı təsiri göstərəcək?Milyonlarla insan bu gün anladı ki, belə irimiqyaslı geosiyasi fəlakətlər siyasi, sosial-iqtisadi və hərbi sunamilərə gətirib çıxarır. Bu sunamilərin dalğaları isə dünyanın ən sakit və rifah içində yaşayan ölkələrinə belə gedib çatacaq. Odur ki, qorxuya düşdülər.Cəmiyyətinin əksər hissəsinin Sovet İttifaqının dağılmasından əziyyət çəkdiyi Rusiya üçün Əfqanıstanda baş verənlər dünyanı bizim son 30 ildə yaşadığımızdan daha böyük kataklizmlərin gözlədiyi ilə bağlı xəbərdarlıq oldu.Düzdür, Rusiya üçün yaxşı xəbər də var.Əgər belə irimiqyaslı tarixi təhdidlər məngənəsində qalmış insanın təkbaşına onlardan qurtuluş imkanı yoxdursa, bir sıra ölkələrin xilas olmaq şansı var. Bunun üçün həmin ölkələr başqa xüsusiyyətlərlə yanaşı, yüksək muxtar mövcudluq qabiliyyətinə malik olmalı və necə deyərlər, təpədən-dırnağa kimi silahlanmalıdır.Məlum olduğu kimi, Rusiya hər iki istiqamətdə aktiv iş aparır.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...Əfqanıstanda baş verən hadisələrin xronikası: Taliban Kabildə"Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427711125_0:32:3072:1962_1920x0_80_0_0_20a02b323dd701689188371bb8e71c29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, taliban, abş, dünya
xəbərlər, əfqanıstan, taliban, abş, dünya
Şok və dəhşət: dünya Əfqanıstanda öz taleyini izlədi
21:37 16.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Şənbə günü ABŞ Prezidenti Co Baydenin qərarının Talibanın zəfər yürüşünü nə qədər yubadacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülürdü. Bazar günü səhər saatlarında isə məlum oldu ki, bütün bu ekspert mülahizələrini zibil qutusuna atmaq olar.
BAKI, 16 avqust — Sputnik, İrina Alksnis. Hələ şənbə günü axşam saatlarında analitiklər Əfqanıstana geri qaytarılan 5 min nəfərlik Amerika hərbçilərinin Talibanın* zəfər yürüşünü nə qədər gecikdirəcəyi məsələsini müzakirə edirdilər. Bu barədə əmri Co Bayden verərək atdığı addımı məhdud sayda diplomatik personalın təhlükəsizliyinin təminatı ilə əsaslandırmışdı.
Hərçənd, heç kim Taliban hərəkatının nəzarəti altında baş verən hakimiyyət dəyişikliyinin qaçılmaz olduğuna şübhə ilə yanaşmasa da, ABŞ prezidentinin qərarının bunu nə qədər yubadacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülürdü.
Bazar günü səhər saatlarında məlum oldu ki, bütün bu ekspert mülahizələrini zibil qutusuna atmaq olar. Qərbin Talibanla mübarizəyə və Əfqanıstanın qərbləşdirilməsinə həsr etdiyi 20 illik səyləri bir günün, daha doğrusu, bir neçə saatın içində heç olub göyə sovruldu.
Baş verənlərin miqyası və sürət elə böyük idi ki, nəticə hamıya çoxdan məlum olsa da, bugünkü hadisələr çoxlarında şok, sarsıntı və vahimə yaratdı. Özü də elə böyük əks-səda doğurdu ki, bütün dünyanın gözü qarşısında böyük rüsvayçı uğursuzluq yaşayan Amerika Birləşmiş Ştatları haqqında praktiki olaraq bütün şərhçilərin səsini batırdı.
Təbii ki, burada amerikalıların yerini kimin tutacağı və bunun hansı dəhşətli nəticələrə gətirib çıxaracağı da öz rolunu oynayır. Talibanın əvvəlki hakimiyyətə xidmət edənlərə qarşı repressiya aparmayacağı, qadınların cəmiyyətdəki rolunun yumşaldılacağı ilə bağlı vədlərinə baxmayaraq, heç şübhəsiz ki, qarşıda Əfqanıstanı hesablaşmalar və cəzalar gözləyir. Əfqan qadınlarının taleyinə isə əvvəlki kimi qibtə etməyə dəyməz.
Arxaiklik müasir sivilizasiyaya qalib gəldi və Qərbə necə yanaşılmasından asılı olmayaraq, bu fakta sevinmək mümkün deyil.
Əslində, söhbət heç də sərt, qanlı-qadalı əfqan reallığından, qaranlıq orta əsrlər çağına qaytarılan bu bədbəxt ölkənin vətəndaşlarına acımaqdan getmir. Bazar günü baş verənlər həm də ona görə bu qədər sarsıdıcı idi ki, həmin hadisələr ABŞ-ın qlobal hegemoniyasının süqutunun necə ola biləcəyi ilə bağlı bütün dünyada əyani təsəvvür yaratdı.
SSRİ 30 il bundan əvvəl mövcudluğunu başa vurdu və o dövrdə hadisələrin necə sürət və amansızlıqla baş verdiyi bu günə qədər də xüsusi maraq doğurur. Cəmi bir neçə ayın içində sözün əsl mənasında, Yer kürəsinin yarısına hakim olan fövqəldövlətin yerində xaos girdabında boğulan və tez-tez qana boyanan yeni dövlət quruluşlarının konqlomeratı yarandı.
Adətən, baş verənləri bu şəkildə qələmə verməyə çalışırlar: içəridən tamamilə çürümüş sistemin axırda fasadı da çökdü.
Ancaq bəzən məhz belə olur: sarsılmaz təsir bağışlayan sistem bir anda adi insanların başına çökür və onlara ən dəhşətli nəticədən qaçmaq şansı verilmir. İnsan – dəhşətlər, dağıntılar və ölüm burulğanında sovrulan adi bir qum dənəsinə çevrilir.
Baş verən hadisələr indi ikibaşlı şəkildə ona işarə edir ki, ABŞ-ın qlobal hegemon statusunun itirilməsi məhz bu ssenari əsasında gedə bilər – bu ölkə digər geosiyasi qüvvələr tərəfindən funksiyaların, rıçaqların və alətlərin ələ keçirilməsi ilə öz fövqəldövlət taxtından tədricən enməyəcək, idarə olunması mümkün olmayan ani çöküşlə yerlə bir olacaq.
Son onilliklər ərzində Əfqanıstan dünyanın əksər hissəsinin gözündə arasıkəsilmədən müharibə aparan, absurd və ibtidai qaydalarla yaşayan əcaib ölkəyə çevrilib.
Bazar günü baş verən hadisələr dünyadakı əksər insanları əfqanları yaxından anlamağa sövq etdi. Onların ölkəsində Taliban yoxdur, amma ABŞ onların da həyatında mühüm rol oynayır. Kimlər üçünsə bu ölkə aparıcı ticarət tərəfdaşı, bir başqaları üçün geosiyasi süzeren, üçüncülər üçün işğalçı qüvvə, dördüncülər üçünsə bütün milli iqtisadiyyatın sıx şəkildə bağlı olduğu dünyanın əsas valyutasının emitentidir. Və indi bütün bu insanlar özlərinə sual verirlər: ABŞ-ın qüdrəti digər sahələrdə də belə sürətlə sarsılarsa, onda necə olacaq? Bu bizə konkret hansı təsiri göstərəcək?
Milyonlarla insan bu gün anladı ki, belə irimiqyaslı geosiyasi fəlakətlər siyasi, sosial-iqtisadi və hərbi sunamilərə gətirib çıxarır. Bu sunamilərin dalğaları isə dünyanın ən sakit və rifah içində yaşayan ölkələrinə belə gedib çatacaq. Odur ki, qorxuya düşdülər.
Cəmiyyətinin əksər hissəsinin Sovet İttifaqının dağılmasından əziyyət çəkdiyi Rusiya üçün Əfqanıstanda baş verənlər dünyanı bizim son 30 ildə yaşadığımızdan daha böyük kataklizmlərin gözlədiyi ilə bağlı xəbərdarlıq oldu.
Düzdür, Rusiya üçün yaxşı xəbər də var.
Əgər belə irimiqyaslı tarixi təhdidlər məngənəsində qalmış insanın təkbaşına onlardan qurtuluş imkanı yoxdursa, bir sıra ölkələrin xilas olmaq şansı var. Bunun üçün həmin ölkələr başqa xüsusiyyətlərlə yanaşı, yüksək muxtar mövcudluq qabiliyyətinə malik olmalı və necə deyərlər, təpədən-dırnağa kimi silahlanmalıdır.
Məlum olduğu kimi, Rusiya hər iki istiqamətdə aktiv iş aparır.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...
Əfqanıstanda baş verən
hadisələrin xronikası: Taliban Kabildə
"
Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır
“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır