Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyada neft ucuzlaşır

© New York Stock Exchange via AP ImagesТрейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива
Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива  - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır.
BAKI, 16 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,89 dollar azalaraq 69,70 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 67,57 dollar olub.
Ötən həftə ərzində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 70,44 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,67 dollar və ya 2,32% azdır.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, 2021-ci ilin iyulunda ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprelində qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
Avqustun 1-dən etibarən OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Onu da bildirək ki, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.
Eləcə də oxuyun:
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi iyulda artıb
Neft Fondundan dövlət büdcəsinə transfert azalıb
Novorossiyskdə neftlə çirklənmə bəyan olunandan 400 min dəfə çoxdur
Xəbər lenti
0