Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi iyulda artıb

© AP Photo / Murad SezerНефтепровод BTC
Нефтепровод BTC - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
Bu ilin yanvar-iyul ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 115,438 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin yeddi aylıq göstəriciləri ilə müqayisədə 11,512 milyon barel və yaxud 9,07 % azdır.
BAKI, 14 avqust — Sputnik. Bu ilin iyul ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,510 milyon barel neft nəql edilib.
Sputnik Azərbaycan Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər veriir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 636 min barel və yaxud 4% çoxdur.
Bu ilin yanvar-iyul ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 115,438 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin yeddi aylıq göstəriciləri ilə müqayisədə 11,512 milyon barel və yaxud 9,07 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Eləcə də oxuyun:
OPEC+ öhdəliyi: Azərbaycan onu artıqlaması ilə yerinə yetirib
Dünyada neft ucuzlaşır
Neft Fondundan dövlət büdcəsinə transfert azalıb
Prezident SOCAR-da dəyişikliklər etdi: iki yeni vitse-prezident təyin olundu
Xəbər lenti
0