15:50 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Dövlət Neft Fondundan transfert proqnoza nisbətən 23 faiz və ya 1 milyard 403,3 milyon manat az icra edilib.

BAKI, 12 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 978,3 milyon manat azalaraq 4 milyard 696,7 milyon manat icra edilib.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Neft Fondundan transfert proqnoza nisbətən 23 faiz və ya 1 milyard 403,3 milyon manat az icra edilib ki, bu da illik proqnozun 38,5 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart aylarında az, yanvar, aprel, may və iyun aylarında çox icra edilib.

Dövlət büdcəsinin neft gəlirləri azalıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalaraq 5 milyard 863,4 milyon manat icra edilib.

Neft gəlirləri proqnoza nisbətən 15,1 faiz və ya 1 milyard 41,8 milyon manat az icra edilib ki, bu da illik proqnozun 42,6 faizini təşkil edir. 2021-ci ilin I yarımilliyində dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1 milyard 403,3 milyon manat və ötən ilin I yarısı ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır.

Dövlət büdcəsinin qeyri-neft gəlirləri artıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 650,2 milyon manat artaraq 5 milyard 891,6 milyon manat icra edilib.

Qeyri-neft gəlirləri proqnoza nisbətən 11,8 faiz və ya 619,6 milyon manat çox icra edilib ki, bu da illik proqnozun 50,6 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında az, digər aylarda çox icra edilib.

Həmçinin oxuyun:

Əsas mövzular