CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükə davam edir - ANAMA son rəqəmləri açıqladı

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda mina sahəsi
Ağdamda mina sahəsi - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşən 23 nəfər həlak olub.
BAKI, 16 avqust — Sputnik. Ötən həftə ərzində 76 piyadaəleyhinə mina aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib. Bu müddət ərzində 5 tankəleyhinə mina, 194 partlamamış hərbi sursat aşkarlanıb.
Ümumilikdə isə 96 hektar ərazi minalardan təmizlənib.
Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb. Baş Prokurorluğun məlumatına görə, həmin müddətdən 11 avqust tarixinədək 23 nəfər həlak olub.
Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıb.
Eləcə də oxuyun:
Minaya düşərək həlak olanların sayı açıqlandı
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
Azad olunan ərazilərdə məzar yerləri aşkarlayanların nəzərinə
Xəbər lenti
0