CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minaya düşərək həlak olanların sayı açıqlandı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПодрыв боеприпасов, фото из архива
Подрыв боеприпасов, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Otuz altı nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıblar.
BAKI, 11 avqust — Sputnik. Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin müddətdə 23 nəfər həlak olub.
Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıblar.
Qeyd edək ki, Azərbaycan Respubikasının Minatəmizləmə Agentliyi ötən həftənin mina xəritəsini təqdim edib. ANAMA-dan verilən məlumata görə, ötən həftə ərzində 180 piyadaəleyhinə mina aşkarlanıb. Bu müddət ərzində əlavə olaraq 3 tankəleyhinə mina və 112 partlamamış hərbi sürsat da aşkar olunub. Ümumilikdə isə 1 273 934 kvadrat metr 127 ha ərazi təmizlənib.
Eləcə də oxuyun:
Ceyhun Bayramov UNICEF-in yeni rəhbərinə erməni təcavüzünü anlatdı
Aşkarlanan minaların sayı açıqlandı
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
Xəbər lenti
0