CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramovla Çavuşoğlu zəngləşdilər: gündəmdə Əfqanıstandakı sülhməramlılarımız var

© Photo : MFA AzerbaijanДжейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива
Джейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
BAKI, 16 avqust - Sputnik. Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan-a Azərbaycan XİN-dən daxil olan məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Qeyd edək ki, avqustun 15-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsinin qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirdiyini bildirmişdi. 
Məlumatda vurğulanırdı ki, MN daimi əsasda sülhməramlılarımızla əlaqədədir və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
"Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir", - məlumatda deyilirdi.
Son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Eləcə də oxuyun:
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Əfqanıstan prezidenti Əşrəf Qani istefa verib
Xəbər lenti
0