CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlıları birgə təlim keçəcəklər

© AR Ministry of DefenceBakıda "Üç Qardaş - 2021" beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir
Bakıda Üç Qardaş - 2021 beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.
 
BAKI, 12 avqust — Sputnik. Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.
Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.
Məlumatda deyilir ki, "Üç Qardaş - 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.
Konfrans avqustun 13-dək davam edəcək.
Eləcə də oxuyun: 
Azərbaycan hərbçiləri Yaxın Hava Dəstəyi fəaliyyətlərinə dair təlimlərdədirlər
Zakir Həsənov anbarların qışa hazırlığını yoxladı
Hərbi dənizçilərimiz beynəlxalq təlimdə iştirak ediblər
Əlahiddə Ümumqoşun Orduda xüsusi təlimin detalları
Xəbər lenti
0