09:18 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
QARABAĞ
Qısa URL
22 0 0

Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir.

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə təlimlərdə iştirak edir. Bu barədə Sputnik Azərbaycan Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, - deyə Nazirliyin Tvitter səhifəsində qeyd olunub.

"Anadolu Qartalı - 2021" təlimi

Bu il iyunun 22-dən iyulun 3-dək Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri keçirilib. 

Hərbi pilotlarımız bu təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

"Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.

Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

İyulun 2-də Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Həmçinin oxuyun:

Teqlər:
Azərbaycan, Hava, hərbçilər, Türkiyə, müdafiə, nazirlik

Əsas mövzular