Rusiyadan gətirilən zərərli məhsul Azərbaycana buraxılmadı

© Depositphotos / FranszКуриные тушки в ящиках
Куриные тушки в ящиках - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.
BAKI, 12 avqust — Sputnik. Rusiyadan idxal edilən toyuq dərisi məhsulunda salmonella aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən "RESURS-YUQ" MMC-nin istehsalı olan və "Azfood Company" MMC tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Eləcə də oxuyun:
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
Rusiyadan gətirilən quşçuluq məhsulları istehlak üçün yararsızdır - AQTA-dan xəbərdarlıq
Quş əti və yumurta istehsalı azalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала