20:20 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
19 0 0

Ümumilikdə cari ilin 6 ayında müəssisələr üzrə quşların sayı 11 milyon 8,3 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

 

BAKI, 24 iyul — Sputnik. İyulun 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 267,3 min baş qoyun və keçi, 2 milyon 663,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 287,6 min baş inək və camış mövcud olub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36,1 min ton (keçən ilin yanvar-iyun aylarında 36,4 min ton) quş əti və 339,9 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 402 milyon ədəd) yumurta istehsal olunub.

Ümumilikdə isə cari ilin 6 ayında bu müəssisələr üzrə quşların sayı 11 milyon 8,3 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4370,4 milyon manat təşkil edib. Onun da 2153,7 milyon manatı heyvandarlıq, 2216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.

Xatırladaq ki, cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 660,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 286,9 min baş inək və camış, 8 milyon 279,2 min baş qoyun və keçi mövcud olub. Ötən il aprelin 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,5 min baş (0,1 faiz) artıb, qoyun və keçilərin sayı isə 106,8 min baş (1,3 faiz) azalıb.

2020-ci ildə quşçuluq müəssisələrində diri çəkidə 63,9 min ton quş əti və 797,8 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 671,3 min olub, hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.

Teqlər:
yumurta, quş, ət, statistika

Əsas mövzular