https://sputnik.az/20210812/rzaq-mhsullarnn-bahalamas-davam-edck-427676473.html
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
Sputnik Azərbaycan
İqtisadçılar qida məhsullarının bahalaşmasının səbəblərindən danışıblar. Monitorinqlərin, təşviq tədbirlərinin genişləndirilməsi qiymətlərin... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T09:30+0400
2021-08-12T09:30+0400
2021-08-11T19:53+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42373/77/423737770_0:158:3037:1866_1920x0_80_0_0_1f2523db2ffebc705d24acd51c566812.jpg
BAKI, 12 avqust — Sputnik. Azərbaycanda qida məhsulları bahalaşıb. Rəsmi statistikaya əsasən, 2021-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən qida məhsulları 5 faiz artıb. Bu ilin iyul ayında qida məhsulları əvvəlki ilin iyul ayına görə 6,4 faiz, əvvəlki aya nisbətən isə 0,4 faiz bahalaşıb. Cari ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,1 faiz yüksəlib. İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 6,4 faiz artıb.Bəs, bu bahalaşmanın səbəbləri nədir və artım davam edəcəkmi?Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu ilin 7 ayında daha çox qida məhsullarında qiymət artımları baş verib. Ərzaq məhsullarında qiymət artımları ilə yanaşı, bu ilin əvvəlində xüsusilə tütün məmulatlarının qiymətlərinin artımı da bütövlükdə inflyasiya səviyyəsinə təsir göstərib. Əgər 7 ayda illik inflyasiya səviyyəsi 4,5 faizdirsə, ərzaq məhsullarında bu, 5 faizdir, tütün məmulatları üzrə 10 faizdən çoxdur. Tütün məmulatlarında qiymət artımları həm istehlak bazarında qiymətlərin sturukturuna həm də inflyasiya səviyyəsinə birbaşa təsir göstərən faktorlardan biri olub."Ərzaq məhsulları üzrə qiymətlərin qeyri-ərzaq məhsullarına nisbətən daha çox artması ondan xəbər verir ki, xüsusən də ərzaq məhsullarının qiymətinin optimallaşdırılması, istehlak bazarında monitorinqlərin davam etdirilməsi olduqca vacibdir"-deyə o qeyd edib.Onun sözlərinə görə, ərzaq məhsullarının qiymətinin artmasının səbəblərindən biri də pandemiyaya görə dünya bazarlarında müşahidə edilən qiymət artımlarıdır. Çünki idxal inflyasiyası pandemiya səbəbindən sürətlənib və ölkəyə idxal edilən məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur.Millət vəkilinin qənaətincə, yerli məhsulların qiymətinin optimallaşdırılması üçün istehlak bazarında monitorinqlərin gücləndirilməsi və bütövlükdə bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymətlərinin də optimallaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən təşviq tədbirlərinin genişləndirilməsi məqsədəuyğundur. Nəticədə həm monitorinqlərin həm də təşviq tədbirlərinin genişləndirilməsi qiymətlərin optimallaşdırılmasına, istehlak bazarında daha optimal inflyasiyanın formalaşmasına gətirib çıxara bilər.İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, dünyada ərzaq məhsullarının qiyməti bahalaşır. Pandemiya dövründə istehsalın zəifləməsi, ərzaq məhsullarına tələbin azalmaması, quraqlıq və s. nəticəsində qiymətlər qalxır. İdxaldan asılı olan ölkələrdə həmin qiymət artımları daxili bazarda inflyasiya təzyiqini gücləndirir, o cümlədən Azərbaycanda. İkinci səbəb, yerli istehsalda mövsümün başa çatmasıdır. Mövsüm dövründə qiymətlər aşağı düşmüşdü, indi isə artım baş verir. Üçüncü səbəb Azərbaycanda istehsalın maya dəyərinin artmasıdır. Belə ki, yanacağın qiymətinin artması maya dəyərinin artmasına gətirib çıxardı. Nəticədə əvvəlki illərlə müqayisədə yerli məhsulların maya dəyəri daha sürətlə artmaqdadır.Ekspertin fikrincə, ərzaq məhsullarının bahalaşması davam edəcək. Dünya bazarında da vəziyyət ürəkaçan deyil, qiymətlər davamlı şəkildə artır, xərclər artır. Pandemiya bir sıra şirkətlər üçün əlavə xərclər yaradıb. Bundan sonra da qiymət artımları davam edəcək. Təşviq mexanizmlərindən istifadə edilərək bazarda təklif bolluğu yaradılmalıdır.Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,0 faiz təşkil edib.Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42373/77/423737770_168:0:2867:2024_1920x0_80_0_0_ddeb909be6223d99d0557a1362515145.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
İqtisadçılar qida məhsullarının bahalaşmasının səbəblərindən danışıblar. Monitorinqlərin, təşviq tədbirlərinin genişləndirilməsi qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər.
BAKI, 12 avqust — Sputnik. Azərbaycanda qida məhsulları bahalaşıb. Rəsmi statistikaya əsasən, 2021-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən qida məhsulları 5 faiz artıb. Bu ilin iyul ayında qida məhsulları əvvəlki ilin iyul ayına görə 6,4 faiz, əvvəlki aya nisbətən isə 0,4 faiz bahalaşıb. Cari ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,1 faiz yüksəlib. İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 6,4 faiz artıb.
Bəs, bu bahalaşmanın səbəbləri nədir və artım davam edəcəkmi?
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu ilin 7 ayında daha çox qida məhsullarında qiymət artımları baş verib. Ərzaq məhsullarında qiymət artımları ilə yanaşı, bu ilin əvvəlində xüsusilə tütün məmulatlarının qiymətlərinin artımı da bütövlükdə inflyasiya səviyyəsinə təsir göstərib. Əgər 7 ayda illik inflyasiya səviyyəsi 4,5 faizdirsə, ərzaq məhsullarında bu, 5 faizdir, tütün məmulatları üzrə 10 faizdən çoxdur. Tütün məmulatlarında qiymət artımları həm istehlak bazarında qiymətlərin sturukturuna həm də inflyasiya səviyyəsinə birbaşa təsir göstərən faktorlardan biri olub.
"Ərzaq məhsulları üzrə qiymətlərin qeyri-ərzaq məhsullarına nisbətən daha çox artması ondan xəbər verir ki, xüsusən də ərzaq məhsullarının qiymətinin optimallaşdırılması, istehlak bazarında monitorinqlərin davam etdirilməsi olduqca vacibdir"-deyə o qeyd edib.
Onun sözlərinə görə, ərzaq məhsullarının qiymətinin artmasının səbəblərindən biri də pandemiyaya görə dünya bazarlarında müşahidə edilən qiymət artımlarıdır. Çünki idxal inflyasiyası pandemiya səbəbindən sürətlənib və ölkəyə idxal edilən məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur.
Millət vəkilinin qənaətincə, yerli məhsulların qiymətinin optimallaşdırılması üçün istehlak bazarında monitorinqlərin gücləndirilməsi və bütövlükdə bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymətlərinin də optimallaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən təşviq tədbirlərinin genişləndirilməsi məqsədəuyğundur. Nəticədə həm monitorinqlərin həm də təşviq tədbirlərinin genişləndirilməsi qiymətlərin optimallaşdırılmasına, istehlak bazarında daha optimal inflyasiyanın formalaşmasına gətirib çıxara bilər.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, dünyada ərzaq məhsullarının qiyməti bahalaşır. Pandemiya dövründə istehsalın zəifləməsi, ərzaq məhsullarına tələbin azalmaması, quraqlıq və s. nəticəsində qiymətlər qalxır. İdxaldan asılı olan ölkələrdə həmin qiymət artımları daxili bazarda inflyasiya təzyiqini gücləndirir, o cümlədən Azərbaycanda. İkinci səbəb, yerli istehsalda mövsümün başa çatmasıdır. Mövsüm dövründə qiymətlər aşağı düşmüşdü, indi isə artım baş verir. Üçüncü səbəb Azərbaycanda istehsalın maya dəyərinin artmasıdır. Belə ki, yanacağın qiymətinin artması maya dəyərinin artmasına gətirib çıxardı. Nəticədə əvvəlki illərlə müqayisədə yerli məhsulların maya dəyəri daha sürətlə artmaqdadır.
Ekspertin fikrincə, ərzaq məhsullarının bahalaşması davam edəcək. Dünya bazarında da vəziyyət ürəkaçan deyil, qiymətlər davamlı şəkildə artır, xərclər artır. Pandemiya bir sıra şirkətlər üçün əlavə xərclər yaradıb. Bundan sonra da qiymət artımları davam edəcək. Təşviq mexanizmlərindən istifadə edilərək bazarda təklif bolluğu yaradılmalıdır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,0 faiz təşkil edib.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.