https://sputnik.az/20210810/Shiyy-Nazirliyi-lk-halisinin-peyvndlnmsi-bard--427665682.html
Səhiyyə Nazirliyi ölkə əhalisinin peyvəndlənməsi barədə
Səhiyyə Nazirliyi ölkə əhalisinin peyvəndlənməsi barədə
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyi bidlirib ki, yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunması mümkündür. 10.08.2021, Sputnik Azərbaycan
2021-08-10T11:47+0400
2021-08-10T11:47+0400
2021-10-16T11:24+0400
xəbərlər
cəmiyyət
səhiyyə
səhiyyə
azərbaycan
vaksinasiya
nazirlər kabineti yanında operativ qərargah
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765419_0:97:3072:1825_1920x0_80_0_0_d747852ea1acd8299a0c979212ac56fb.jpg
BAKI, 10 avqust - Sputnik. "Son aylarda Azərbaycanda vaksinasiya prosesi daha sürətli gedir".Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır:"Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür".Baş infeksionist qeyd edib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir: "Yadda saxlamaq lazımdır ki, az saylı da olsa, peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq".Qeyd edək ki, ötən gün Operativ Qərargahın verdiyi açıqlamaya görə, Azərbaycanda avqustun 9-dək vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.Həmçinin oxuyun:Könüllü vaksinasiyanın məcburiyə çevrilməsi: Nazirlikdən absurd qərarTƏBİB tərəfindən səyyar vaksinasiya məntəqələrinin sayı artırıldı
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765419_341:0:3072:2048_1920x0_80_0_0_d8aec646b75b701380b4b5bbbb12edc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, səhiyyə, azərbaycan, vaksinasiya, nazirlər kabineti yanında operativ qərargah
xəbərlər, səhiyyə, azərbaycan, vaksinasiya, nazirlər kabineti yanında operativ qərargah
Səhiyyə Nazirliyi ölkə əhalisinin peyvəndlənməsi barədə
11:47 10.08.2021 (Yenilənib: 11:24 16.10.2021) Səhiyyə Nazirliyi bidlirib ki, yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunması mümkündür.
BAKI, 10 avqust - Sputnik. "Son aylarda Azərbaycanda vaksinasiya prosesi daha sürətli gedir".
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır:
"Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür".
Baş infeksionist qeyd edib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir: "Yadda saxlamaq lazımdır ki, az saylı da olsa, peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq".
Qeyd edək ki, ötən gün Operativ Qərargahın verdiyi açıqlamaya görə, Azərbaycanda avqustun 9-dək vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.