04:57 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (102)
86 0 0

"Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində, "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunur.

BAKI, 3 avqust — Sputnik. COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir. "Azersun"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir.

Park Bulvar Alış-veriş Mərkəzində (AVM) TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər.

Məlumata görə, vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl "Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində səyyar vaksinasiya təşkil edilib. "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunur.

Eləcə də oxuyun: 

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (102)
Teqlər:
TƏBİB, vaksinasiya, məntəqə, səyyar

Əsas mövzular