Könüllü vaksinasiyanın məcburiyə çevrilməsi: Nazirlikdən absurd qərar

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
ƏƏSMN bildirib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakını təşviq etmək məqsədi daşıyır.
BAKI, 7 avqust - Sputnik. Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.
Məlumatda qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
"Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır", - məlumatda deyilir. 
Həmçinini qeyd olunur ki, Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir.
"Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik", - Nazilik bildirib.
Məlumatda o da vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Həmçinin oxuyun: 
* Vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq? Nazirlik aydınlıq gətirdi
Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar
Azərbaycanda COVID-ə yoluxma niyə dördrəqəmli həddə yaxınlaşır?
Xəbər lenti
0