https://sputnik.az/20210809/Marketlrd-rzaq-taplmr-ordudan-kmk-istdilr--427650508.html
Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər
Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər
Sputnik Azərbaycan
Britaniya hökuməti ordudan Kral Logistika korpusunun iki minə yaxın sürücüsünü göndərməyi xahiş edəcək. 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T08:38+0400
2021-08-09T08:38+0400
2021-08-09T01:13+0400
xəbərlər
böyük britaniya
market
supermarket
ərzaq
çatışmazlıq
https://cdnn1.img.sputnik.az/img/42342/54/423425459_0:0:2993:1683_1920x0_80_0_0_9671a418440e0c017dee8242905aa21e.jpg
BAKI, 8 avqust — Sputnik. Britaniya hökuməti bildirib ki, supermarketlərdə ərzaq çatışmaması səbəbilə ordudan kömək istəyəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır. Böyük Britaniya hökuməti supermarketlərə ərzaq və dərman vasitələri çatdırmaq üçün ordudan Kral Logistika korpusundan iki minə yaxın sürücü göndərməyi xahiş edəcək. Silahlı Qüvvələrə rəsmi müraciətin yaxın günlərdə göndəriləcəyi bildirilir.Tədarüklə bağlı problem ölkədə 100 min yük maşını sürücüsünün çatışmaması nəticəsində yaranıb. Avtodaşıyıcılar Assosiasiyasından bildiriblər ki, sürücülərin çoxu Brexit-dən sonra Britaniyanı tərk edib, minlərlə yeni sürücü isə vəsiqə üçün imtahan verəcəyi günü gözləyir. Üstəlik, koronavirus pandemiyası səbəbindən tətbiq olunan lokdaun da vəziyyəti qəlizləşdirir.Bu yaxınlarda məlum olub ki, Böyük Britaniyada koronavirusa yoluxma "cavanlaşıb", yəni xəstəxanaya daha çox 35 yaşınadək olan insanları aparırlar. Müalicə üçün müraciət edən gənclərin payı da dörd dəfə - 5.4-dən 20 faizədək artıb. Yəni ölkədə hər beşinci xəstə cavandlr.Eləcə də oxuyun:COVID-19 üçün elə bir dərman tapıblar ki...Qvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildiÜST-ün koronavirus barədə romantik planları
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42342/54/423425459_0:0:2731:2048_1920x0_80_0_0_c8ca66e53f9a242f93faa0b76a7444c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, böyük britaniya, market, supermarket, ərzaq, çatışmazlıq
xəbərlər, böyük britaniya, market, supermarket, ərzaq, çatışmazlıq
Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər
Britaniya hökuməti ordudan Kral Logistika korpusunun iki minə yaxın sürücüsünü göndərməyi xahiş edəcək.
BAKI, 8 avqust — Sputnik. Britaniya hökuməti bildirib ki, supermarketlərdə ərzaq çatışmaması səbəbilə ordudan kömək istəyəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.
Böyük Britaniya hökuməti supermarketlərə ərzaq və dərman vasitələri çatdırmaq üçün ordudan Kral Logistika korpusundan iki minə yaxın sürücü göndərməyi xahiş edəcək. Silahlı Qüvvələrə rəsmi müraciətin yaxın günlərdə göndəriləcəyi bildirilir.
Tədarüklə bağlı problem ölkədə 100 min yük maşını sürücüsünün çatışmaması nəticəsində yaranıb. Avtodaşıyıcılar Assosiasiyasından bildiriblər ki, sürücülərin çoxu Brexit-dən sonra Britaniyanı tərk edib, minlərlə yeni sürücü isə vəsiqə üçün imtahan verəcəyi günü gözləyir. Üstəlik, koronavirus pandemiyası səbəbindən tətbiq olunan lokdaun da vəziyyəti qəlizləşdirir.
Bu yaxınlarda məlum olub ki, Böyük Britaniyada koronavirusa yoluxma "cavanlaşıb", yəni xəstəxanaya daha çox 35 yaşınadək olan insanları aparırlar. Müalicə üçün müraciət edən gənclərin payı da dörd dəfə - 5.4-dən 20 faizədək artıb. Yəni ölkədə hər beşinci xəstə cavandlr.
Qvineyada
ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
ÜST-ün koronavirus barədə
romantik planları