COVID-19 üçün elə bir dərman tapıblar ki...

© AFP 2023 / PATRICK T. FALLONЛаборатория в США, фото из архива
Лаборатория в США, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
ABŞ alimlərinin fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları qoruya biləcək.
BAKI, 8 avqust – Sputnik. Parazitlərə qarşı dərman preparatı koronavirusun yayılmasını əngəlləyə bilər. Bunu ABŞ-ın Skripps İnstitutunun mütəxəssisləri deyirlər.
Sputnik Azərbaycan bildirir ki, onların araşdırmalarının nəticələri ACS Infectious Disease jurnalında dərc olunub.
Bağırsaq qurdlarına qarşı preparatlar – salisilanidlərdəki maddələr müəyyən infeksiyalarda çox effektivdir, bunu hələ 10-15 il əvvəl sübut ediblər. Ancaq yeni araşdırmanın müəllifləri bildirirlər ki, belə dərmanların təsir dairəsi adətən bağırsaqlarla məhdudlaşır, hətta bəzən orqanizm üçün zəhərli də ola bilər.
Ötən il dünyanı pandemiya bürüyəndə alimlər salisilanidlərin virusəleyhinə xüsusiyyətlərini nəzərə alaraq onların COVID-19-a təsirini araşdırmağa qərar veriblər. Birləşmələrdən biri (№ 11) zəhərlənmə yaratmadan bağırsaqdan keçərək qana sorulmaq bacarığı ilə seçilib.
Araşdırma göstərib ki, həmin birləşmə hüceyrələrin yoluxmasına mane olur.
“Birləşmə virus materialının çıxışnı blok edir, o da sadəcə olaraq dağılır. Bu proses SARS-CoV-2-nin replikasiyasına mane olur”, - araşdırma müəlliflərindən biri olan Kim Canda bildirib.
Siçanlar üzərində aparılan təcrübədə № 11 birləşməsi iltihabın səviyyəsini, eləcə də iltihabın əsas amili olan interleykin-6 zülalını və nəticə olaraq da sitokin hücumunu azaldıb.
İndi alimlər bu nəticələri heyvanlar üzərində mürəkkəb təcrübələrlə təsdiqləmək, sonra isə kliniki sınaqlara başlamaq niyyətindədirlər. Onların fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları qoruya biləcək.
Eləcə də oxuyun:
ÜST-ün koronavirus barədə romantik planları
Azərbaycanda koronavirusdan ölüm faizi aşağı düşüb - Səhiyyə Nazirliyi
Qvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
Xəbər lenti
0