15:44 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
854 0 0

Marburq virusu yüksək ölüm dərəcəsi olan nadir xəstəlikdir. Onun üçün xüsusi virusəleyhinə bir müalicə yoxdur.

BAKI, 7 avqust - Sputnik. Qvineyada ilk dəfə ağır gedişli hemorragik Marburq titrətməsi adlı xəstəliyi törədən nadir Marburq virusuna yoluxma faktı aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə Qvineyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Virusa mümkün yoluxma faktı ölkənin iki laboratoriyasında yoxlanılıb. İndi hökumət bir nümunəni də dəqiqləşdirilmə üçün Seneqala göndərmək qərarına gəlib. Üstəlik, hökumət virusa yoluxduğu ehtimal olunan insanın kontaktlarını yoxlamaq və şübhəli halın aşkarlandığı rayonda nəzarəti gücləndirmək barədə tapşırıq verib.

Marburq virusu yüksək ölüm dərəcəsi olan nadir xəstəlikdir. Onun üçün xüsusi virusəleyhinə bir müalicə yoxdur. Marburq virusunun təbii daşıyıcıları Pteropodidae sinfindən olan, bitki ilə qidalanan Rousettus aegypti yarasalarıdır. Marburq virusu yarasadan insana keçir və sonradan insandan-insana ötürülməklə yayılır.

Virusun inkubasiya dövrü 2-21 gündür. Xəstəlik qəfil, yüksək temperatur, güclü başağrısı və tam halsızlıqla başlayır. Xarakterik əlamətlərdən biri də əzələ ağrılarıdır. Üçüncü gün ağır maye diareya, qarın nahiyəsində ağrı və sancılar, ürəkbulanması və qusma yaranır. Xəstəliyin ağır gedişi zamanı əlamətlərin peyda olmasından 8-9 gün sonra insan ölür, bundan əvvəl isə o, xeyli qan itirir və şoka düşür. 

Xatırladaq ki, ilyarımdan çoxdur ki, yarasaların daşıyıcısı olduğu koronavirus epidemiyası dünya əhalisinin gününü göy əskiyə düyüb. Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarından başlayan virus haqda hökumət Ümumdünya Səhiyyə Təşkilatına 2019-cu il dekabrın 31-də məlumat verib. Artıq 2020-ci ilin fevralın 11-də ÜST virus epidemiyasını pandemiya adlandırıb və onunla mübarizəyə başlayıb. İndiyədək dünya üzrə 201 milyondan çox insanın koronavirusa yoluxduğu, bunlardan 4.21 milyonunun vəfat etdiyi məlumdur.

Eləcə də oxuyun:

Teqlər:
xəstəlik, virus, ölümcül, Qvineya

Əsas mövzular