https://sputnik.az/20210807/Tokio-2020-Azrbaycan-67-ci-pilld-qrarlab-427645523.html
Tokio-2020: Azərbaycan 67-ci pillədə qərarlaşıb
Tokio-2020: Azərbaycan 67-ci pillədə qərarlaşıb
Sputnik Azərbaycan
Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir. 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T18:24+0400
2021-08-07T18:24+0400
2021-08-07T18:47+0400
xəbərlər
idman
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427528795_0:0:3072:1728_1920x0_80_0_0_a11149c5760e9020dfe4b1d84858b668.jpg
BAKI, 7 avqust - Sputnik. Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 19 növ üzrə mübarizə gedib.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, daha 34 dəst medal atletika, üzgüçülük, beysbol-softbol, basketbol, çimərlik voleybolu, boks, kayak və kanoe, velosiped idmanı, suya tullanma, atçılıq, futbol, qolf, həndbol, karate, müasir pentatlon, bədii gimnastika, voleybol, su polosu və güləşdə sahiblərini tapıb. Beləliklə, 327 dəst medala 93 ölkənin idmançıları yiyələnib.Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir.Siyahıya 87 (38 qızıl, 31 gümüş, 18 bürünc) medalla Çin başçılıq edir.108 (36 qızıl, 39 gümüş, 33 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 27 "qızıl", 12 "gümüş" və 17 "bürünc"lə Yaponiya tutur.2 qızıl, 2 gümüş, 9 bürünc medalı olan Türkiyə isə 11 pillə irəliləyərək, 32-ci sırada yer alıb.Rio-de-Janeyro-2016-dan 28 pillə geridə Qeyd edək ki, Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə 17 idman növündə təmsil olunub. Bu Oyunlarda azərbaycanlı idmançılar 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırıb.XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutub. Azərbaycan həmçinin Avropa dövlətləri sırasında 21-ci (sayında görə 7-ci), islam dövlətləri sırasında 4-cü (sayına görə 1-ci), sabiq Sovet İttifaqı dövlətləri sırasında isə 6-cı (sayına görə 2-ci) yerdə qərarlaşıb.Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox medalı qazanıb: 18 medal. Həmçinin sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşüblər.Beləliklə, Azərbaycan ötən Yay Olimpiya Oyunlarına nisbətdə 28 pillə geriləyib.Həmçinin oxuyun: * İdmançılarımız Yay Olimpiya Oyunlarını 7 medalla başa vurdular* Tokio-2020: İrina Zaretska gümüş medal qazanıb* İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"* Rafael Ağayev Tokio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427528795_160:0:2891:2048_1920x0_80_0_0_2ca0b937c0960b9c5d98cc8b56ab762a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Tokio-2020: Azərbaycan 67-ci pillədə qərarlaşıb
18:24 07.08.2021 (Yenilənib: 18:47 07.08.2021) Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir.
BAKI, 7 avqust - Sputnik. Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 19 növ üzrə mübarizə gedib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, daha 34 dəst medal atletika, üzgüçülük, beysbol-softbol, basketbol, çimərlik voleybolu, boks, kayak və kanoe, velosiped idmanı, suya tullanma, atçılıq, futbol, qolf, həndbol, karate, müasir pentatlon, bədii gimnastika, voleybol, su polosu və güləşdə sahiblərini tapıb. Beləliklə, 327 dəst medala 93 ölkənin idmançıları yiyələnib.
Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir.
Siyahıya 87 (38 qızıl, 31 gümüş, 18 bürünc) medalla Çin başçılıq edir.
108 (36 qızıl, 39 gümüş, 33 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 27 "qızıl", 12 "gümüş" və 17 "bürünc"lə Yaponiya tutur.
2 qızıl, 2 gümüş, 9 bürünc medalı olan Türkiyə isə 11 pillə irəliləyərək, 32-ci sırada yer alıb.
Rio-de-Janeyro-2016-dan 28 pillə geridə
Qeyd edək ki, Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə 17 idman növündə təmsil olunub. Bu Oyunlarda azərbaycanlı idmançılar 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.
Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırıb.
XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutub. Azərbaycan həmçinin Avropa dövlətləri sırasında 21-ci (sayında görə 7-ci), islam dövlətləri sırasında 4-cü (sayına görə 1-ci), sabiq Sovet İttifaqı dövlətləri sırasında isə 6-cı (sayına görə 2-ci) yerdə qərarlaşıb.
Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox medalı qazanıb: 18 medal. Həmçinin sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşüblər.
Beləliklə, Azərbaycan ötən Yay Olimpiya Oyunlarına nisbətdə 28 pillə geriləyib.