19:40 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
233 0 0

Yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gələn İrina Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

BAKI, 7 avqust – Sputnik. Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.

15:36

Azərbaycan karateçisi  61 kq-dan yuxarı çəkidə çıxış edən İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, yarımfinalda çinli rəqibi Qonq Li ilə üz-üzə gəlib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.

02.08.2021 - 20:00

İrina Zaretskanın Olimpiadada problemi – bilmir, yuxu ilə dalaşsın, yoxsa çarpayı ilə

Tokio Olimpiadasında iştirak edəcək Azərbaycan karateçisi İrina Zaretskanın (61+ kq) yuxu ilə bağlı problemi yaranıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə idmançı Instagram səhifəsində məlumat verib.

Karate üzrə Azərbaycan millisinin və dünya reytinqinin lideri Zaretska iqlimə uyğunlaşmaq məqsədilə artıq bir neçə gündür ki, Tokiodadır. Amma belə görünür ki, bu dönəm elə də rahat keçmir. Xatırladaq ki, Bakı ilə Tokio arasında vaxt fərqi beş saat, karateçinin daim yaşadığı Kiyevlə isə altı saatdır.

“Yaxşıca məşq etdim və yaxşı da yatdım, amma lazım olan vaxt yox. İndi burada gecədir, oyanmışam və yuxum gəlmir. Bu, dəhşətlidir. Amma eybi yoxdur, mən tək karate deyil, həm də yuxu üzrə çempion olduğumdan yatmağa imkan tapacam”, - Zaretska videobloqunda deyib.

İdmançı təxmin edib ki, yuxunun keyfiyyətinin düşməsi atletlərə öz fiziki göstəricilərinə görə verilən xüsusi döşəklə bağlıdır.

“Ola bilsin ki, ölçüləri xüsusilə mənimçün ayarlanmış döşəyi çevirməmişəm. Bu gün çevirdim, bəlkə, bu möcüzəli kəşf mənə normal yatmağa və rejimimi korlamamağa imkan verəcək. Yeri gəlmişkən, döşəyi çevirəndə elə bilirdim ki, çarpayını yenidən yığa bilməyəcəm, amma nəticədə alındı”, - Zaretska əlavə edib.

Qeyd edək ki, İrina Zaretska Tokio Olimpiya Oyunlarının son günü, yəni avqustun 7-də tatamiyə çıxacaq. Onun rəqibləri hələ məlum deyil.

27 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 27 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.

Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov  və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo, yüngül atlet Anna Skidan və atıcı Ruslan Lunyov Olimpiadada uğur qazana bilməyiblər.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

 

Teqlər:
karate, İrina Zaretska, Tokio-2020 Olimpiya Oyunlar, yuxu, problem

Əsas mövzular