Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qreta Tunberq artıq lazım deyil, ondan qurtuldular

© AP Photo / Virginia MayoГрета Тунберг, фото из архива
Грета Тунберг, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Qreta öz rolunu oynadı, Qreta gedə bilər. Daha doğrusu, onu artıq "yola saldılar".Qreta öz rolunu oynadı, Qreta gedə bilər. Daha doğrusu, onu artıq "yola saldılar".
İyulun sonunda bəşəriyyət, qərb mediasının məlumatına görə, Yerin illik resurslarını tükədib.
Avqustun əvvəlindən dekabrın sonuna qədər Yerin təkindən çıxarılan və atmosferə buraxılan hər şey ekoloji borc adlandırılır.
Mütəxəssislərin hesablamalarına görə, hazırkı istehlak və istehsal səviyyəsini qorumaq üçün bəşəriyyətin planetimizin mövcud imkanlarının üçdə ikisindən çoxuna ehtiyacı var.
Burada, əlbəttə ki, Qreta Tunberqi yada salmamaq mümkün deyil.
Xatırladığımız kimi, o, iqlim dəyişikliyinə qarşı "məktəbli nümayişi" təşkil etməklə məşhurlaşmışdı.
Düzdür, Qretanın gündəminin və ondan istifadə edənlər tərəfindən qarşısına qoyduğu məqsədin sosial şəbəkələr dövrünün tələb etdiyindən daha ciddi araşdırılması başqa nəticələrə gətirib çıxarır.
Dərhal deyək ki, əvvəl SSRİ-nin, indi isə Rusiyanın sakinlərinin təbiəti necə sevməklə bağlı təlimlərə ehtiyacı yoxdur.
"Bütün sivil dünyasının" supermarketlərində ərzaqlar plastik torbalara yığılanda SSRİ-də və Rusiyada mağazalara zənbillə gedirdilər (bu gün bu zənbillərin qiyməti 80 avrodan başlayır və hətta bir neçə yüz avroya çata bilər), ərzaqlar perqament kağızına bükülür, plastik torbalar isə tez-tez yuyulub qurudulur, yəni yenidən istifadə edilirdi.
Eyni şəkildə, uşaqlara kiçik yaşlarından etibarən metal qırıntılarını təhvil verməyi öyrədirdilər, qəzet və jurnalları (eləcə də digər kağız məhsullarını) atmır, qəbul məntəqələrinə gətirirdilər: 20 kiloqram makulatura üçün mükəmməl nəşr olunmuş kitablar əldə etmək mümkün idi.
Süd, qatıq, şərab və pivə şüşələrini də təhvil verirdilər.
Bu cür həyat tərzini «dilənçilik» diktə etmirdi, bu, resurslara qarşı düşünülmüş münasibət, illərlə böhtan atılan məişət mədəniyyətinin və həyat tərzinin bir hissəsi idi.
Bu, bir haşiyə idi.
"Təbiəti qorumaq" qərarına gələn «bütün sivil dünya»nın "sərgüzəştlərinə" qayıdaq.
Məqsədi CO2 tullantılarının azaldılması kimi bəyan olunan Kioto Protokolunun qüvvəyə mindiyi vaxtdan bəri məlum olub ki, istixana qazlarının həcmi nəinki azalıb, hətta birjaların son dərəcə gəlirli sahələrindən birinə çevrilib.
Tullantı kvotaları neft, taxıl, dənəvər kakao və digər lotlar kimi məhsullara çevrilib.
"Planetin qorunması uğrunda mübarizə" adı altında birjalar sözün əsl mənasında hava satırlar. Maklerlər və brokerlər kvotası çox olanlarla az olanlar arasında vasitəçilik edərək sərvət qazanırlar.
Pulun cox olduğu yerdə dələduzluq üçün böyük imkanlar var.
Məsələn, Ostap Benderin varisləri Fransa dövlətini "hava" ticarəti zamanı nəzərdə tutulan ƏDV-nin ödənilmədiyinə görə iki milyard avro xərcə saldılar.
Ancaq on il bundan əvvəl indiki vəzyyətə baxanda vəziyyət hələ normal idi, qlobal maliyyə dairələri əsl "məhsul yığımı"na indi başlayıblar.
Parisdə iqlim konfransı başa çatdıqdan dərhal sonra (2015-ci ildə) yaşıl bond adlandırılan, yerləşdirilmiş istiqrazlardan gəlir əldə etməyə imkan yaradan alətlər yaradıldı.
İstiqrazlara zəmanəti ya nəhəng banklar, ya da AMB-nin özü verir.
Həcm ildə on milyard avroya çatır.
Ancaq hətta bu nəhəng məbləğlər "Marlezon baleti"nin yalnız üvertürasıdır.
Əsl tamaşa üç il əvvəl, «yeni etika»nın bütün tələblərinə cavab verən Qreta Tunberqin (çirkin, xüsusi davranış xüsusiyyətlərinə malik bir qız) İsveç parlamentinin qarşısına oturdularaq "Ekologiyanın Janna D`Arkı" təyin olunanda başladı.
Bu, 2018-ci ilin yayında baş verdi. Aparıcı informasiya agentliklərinin televiziya qrupları hər cümə günü Qretanın nə edib, nə dediyini dəqiqəbədəqiqə lentin yaddaşına həkk etmək üçün Skandinaviya Krallığının riksdaqının qarşısında peyda olurdular.
Bu cür piar-reklamı nə idman, nə siyasət, nə də kino ulduzlarının heç yuxusuna da girməyib.
Lakin bu məsələ "qızıl milyard"a daxil olan obıvatelin beynini yumaq üçün göstərilən cəhdlərə dəyərdi - düz yarım il sonra Katovitsada "iqlimin qorunması" mövzusunda növbəti konfrans keçirildi və inkişaf etmiş ölkələrin iqtisadiyyatının "yaşıl relslər" üzərinə qoyulması barədə qərar qəbul edildi (əsas lobbiçi Avropa İttifaqı idi, ABŞ və Rusiya isə xüsusi mövqe bildirdilər).
Bu həngamənin dəyəri ildə 100 milyard avro təşkil edir.
Məqsəd - inkişaf etməkdə olan ölkələrə bir az kömək (əlbəttə, bunsuz olmaz), ancaq ən əsası bütün maliyyə axınlarını Avropa bank strukturlarına bağlayaraq, bazarları yaşıl texnologiyaların xeyrinə bölüşdürmək idi.
Burada ümid və yanılmalara yer yoxdur - söhbət makulaturanın, metal qırıntılarının, yaxud da şüşə butulkaların təhvil verilməsindən getmir. Məsələ pul axınının adresatlarının və yaşıl inqilabın benefisiarlarının tərkibinin dəyişməsindən gedir.
Əlbəttə ki, bütün bu pullar həm kiçik, həm də orta biznesin böyründən yel kimi ötüb keçəcək.
Aİ iqtisadiyyatının stimullaşdırılması üçün elan və qəbul edilən planın yarısı - bu, təxminən 740 milyard avroya yaxındır - ekoloji təşəbbüslərin maliyyələşdirilməsini ehtiva edir, lakin onların alınma şərtlərinə gələndə görərik ki, subvensiyalar, demək olar ki, yalnız böyük transmilli korporasiyalar üçün nəzərdə tutulub.
Obıvatellərə gəlincə, əlbəttə ki, onlara özlərini "yeni istehlakçılar"ın qrupuna  yaxın olduqlarını hiss etmələri üçün bir neçə avroya zənbil almaq imkanı yaradılacaq.
Bəs Qreta?
Qreta öz rolunu oynadı, Qreta gedə bilər.
Daha doğrusu, artıq "yola saldılar".
"Ekologiyanın Janna D`Arkı"nın son açıqlaması iqlim dəyişikliyi və "oğurlanmış uşaqlıq" haqda deyil, COVID-19 peyvəndinin "ədalətsiz bölüşdürülməsi" ilə bağlı idi.
Qretanın maraqlarının belə radikal dəyişməsinə təəccübü bir qırağa qoyub, hadisələri belə təsbit etmək olar: əgər qlobal miqyasda fırıldaqçılarla belə nəhəng pullar uğrunda oyuna girişirsənsə, ədalət sözünü yada salmağın özü adama qəribə gəlir.
Xəbər lenti
0