Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sosial müavinət və təqaüd alanların sayı açıqlandı

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.
BAKI, 6 avqust — Sputnik. Bu ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Qeyd edilib ki, onların 51,8 %-ni kişilər, 48,2 %-ni isə qadınlar təşkil edib.
Məlumatda deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüdün təyinatı elektron qaydada aparılıb. Onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub. Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.
Qeyd edək ki, 2019-cu ilin əvvəlindən etibarən ölkədə pensiyaların, sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat elektron qaydada həyata keçirilib.
Eləcə də oxuyun:
Pensiyalar nə vaxt ödəniləcək? Rəsmi
İtələşə-itələşə bank növbəsində: yaxınlıqdakı qazonda da gözləyən tapılır
Təhsil kreditindən kim yararlana bilməyəcək? - Ekspert baş nazirin qərarını şərh etdi
Xəbər lenti
0