https://sputnik.az/20210805/pensiyalar-ne-vaxt-odenilecek-resmi-427624855.html
Pensiyalar nə vaxt ödəniləcək? Rəsmi
Pensiyalar nə vaxt ödəniləcək? Rəsmi
Sputnik Azərbaycan
2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T10:39+0400
2021-08-05T10:39+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
pensiya
əəsmn
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_0:160:3073:1888_1920x0_80_0_0_89f2153946c35b0c7ebba365c4fca585.jpg
BAKI, 5 avqust — Sputnik. Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır. Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb. Onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub. Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.Eləcə də oxuyun:İtələşə-itələşə bank növbəsində: yaxınlıqdakı qazonda da gözləyən tapılırYeni sistemin gözəlliyi: Əlillik təyinatı almaq üçün məmurlarla təmasa ehtiyac qalmadı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_170:0:2901:2048_1920x0_80_0_0_0c61766cfb511f85ae4b923c05381c3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, pensiya, əəsmn, azərbaycan
xəbərlər, pensiya, əəsmn, azərbaycan
Pensiyalar nə vaxt ödəniləcək? Rəsmi
10:39 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.
BAKI, 5 avqust — Sputnik. Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır. Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb. Onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub. Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.
2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.
İtələşə-itələşə
bank növbəsində: yaxınlıqdakı qazonda da gözləyən tapılır
Yeni sistemin gözəlliyi:
Əlillik təyinatı almaq üçün məmurlarla təmasa ehtiyac qalmadı