https://sputnik.az/20210804/Tehsil-naziri-muellim-ishlemek-isteyenlerin-sayi-artib-427622715.html
Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb
Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb
Sputnik Azərbaycan
"Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə... 04.08.2021, Sputnik Azərbaycan
2021-08-04T18:48+0400
2021-08-04T18:48+0400
2021-11-16T23:59+0400
xəbərlər
təhlil
cəmiyyət
elm
müəllim
müsabiqə
iş
qəbul
nazir
məktəb
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512287_0:157:3081:1890_1920x0_80_0_0_d8833539e0e6ec41bab6f75b9eadfd3a.jpg
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb."Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.Eləcə də oxuyun:Bu gün yenidən imtahandırİmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyubDövlət qurumu vətəndaş müraciətlərinin sayını açıqladıMüəllim olmaq istəyən 3 mindən çox namizəd üçün təkrar imtahan keçirilir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512287_174:0:2905:2048_1920x0_80_0_0_13c96d8fe28b7f93d932dac87fd936e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, müəllim, müsabiqə, iş, qəbul, nazir, məktəb, imtahan, azərbaycan
xəbərlər, müəllim, müsabiqə, iş, qəbul, nazir, məktəb, imtahan, azərbaycan
Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb
18:48 04.08.2021 (Yenilənib: 23:59 16.11.2021) "Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər"
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.
Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.
"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.
Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.
"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.
Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.
İmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub