CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün yenidən imtahandır

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi.
BAKI, 4 avqust — Sputnik. Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb. MİQ imtahanlarında müəllim olmağa 60 min namizəd iştirak edir.
Həmçinin oxuyun:
İmtahan narazılığı böyüyür - İkili yanaşma müəllimləri nazirliklə üz-üzə qoyub
Müəllim olmaq istəyən 3 mindən çox namizəd üçün təkrar imtahan keçirilir
Xəbər lenti
0