ELM

Müəllim olmaq istəyən 3 mindən çox namizəd üçün təkrar imtahan keçirilir

© AR Ministry of EducationDiaqnostik qiymətləndirilmə
Diaqnostik qiymətləndirilmə - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
İyulun 12-də ibtidai sinif, 23 və 26 iyulda isə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilən seanslarda istifadə edilən test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən testlərdən çətinlik dərəcəsinə görə fərqlənib.
BAKI, 3 avqust - Sputnik. Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.
"Report"un məlumatına görə, imtahanlarda 3 055 namizəd iştirak edir.
Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4 091 nəfər müraciət edib.

İmtahanlardakı ədalətsizlik

Xatırladaq ki, iyulun 12-də ibtidai sinif, 23 və 26 iyulda isə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.
Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcəyi və qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılıb. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Həmçinin oxuyun:
Nazirlik müəllimlərin narazılığına cavab verdi
Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi
Xəbər lenti
0