https://sputnik.az/20210803/Bakllara-Finlandiyada-srpriz-vdi-427613674.html
Bakılılara Finlandiyada sürpriz vədi
Bakılılara Finlandiyada sürpriz vədi
Sputnik Azərbaycan
Finlandiya çempionunun 38 yaşlı baş məşqçisi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq. O, həmçinin meydançanın örtüyü və hava durumuna da diqqət... 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T23:37+0400
2021-08-03T23:37+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
idman
futbol
uefa avropa liqası
avropa liqasının iii təsnifat mərhələsi
cavab oyunu
"neftçi"
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/02/427607473_0:169:2134:1376_1920x0_80_0_0_7a1ca4ef896959e12af47d362ee586a5.jpg
BAKI, 3 avqust — Sputnik. "Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.38 yaşlı mütəxəssis bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".Baş məşqçi Bakıya yaxşı nəticə üçün gəldiklərini vurğulayıb: "2:2 hesablı heç-heçə yaxşı nəticədir. Evdə süni meydançada oynayacağıq. Bu, bizim üçün üstünlük ola bilər. Nəticəyə görə məyus deyiləm".Koskela bildirib ki, sərgilənən oyun və buraxılan qollar matçın ümiumi mənzərəsi idi: "Onları fərqləndirməzdim. Bizim üçün əsas problem istilik idi. Hazırda Finlandiyada havanın temperaturu müsbət 16 dərəcədir. Orada oynamaq daha asan olacaq".Eləcə də oxuyun:Avropa Liqasının oyununda dörd qol: "Neftçi" şansını gələn dəfəyə saxladıTürkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/02/427607473_0:88:2134:1429_1920x0_80_0_0_0a7775ba218c16250d313c63e3f83145.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, futbol, uefa avropa liqası, avropa liqasının iii təsnifat mərhələsi, cavab oyunu, "neftçi", azərbaycan
xəbərlər, futbol, uefa avropa liqası, avropa liqasının iii təsnifat mərhələsi, cavab oyunu, "neftçi", azərbaycan
Bakılılara Finlandiyada sürpriz vədi
23:37 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Finlandiya çempionunun 38 yaşlı baş məşqçisi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq. O, həmçinin meydançanın örtüyü və hava durumuna da diqqət çəkib.
BAKI, 3 avqust — Sputnik. "Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi
Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".
Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".
Koskela Finlandiya çempionatının davam etməsini özləri üçün üstünlük saymadığını deyib: "Bu, ziyanımıza da işləyə bilər. "Neftçi" hazırlıq dönəmi keçsə də, bizdə bu fürsət olmadı. Çempionatda çıxış edib, 3 gündən sonra avrokubok görüşünə çıxmaq üstünlük ola bilməz".
Baş məşqçi Bakıya yaxşı nəticə üçün gəldiklərini vurğulayıb: "2:2 hesablı heç-heçə yaxşı nəticədir. Evdə süni meydançada oynayacağıq. Bu, bizim üçün üstünlük ola bilər. Nəticəyə görə məyus deyiləm".
Koskela bildirib ki, sərgilənən oyun və buraxılan qollar matçın ümiumi mənzərəsi idi: "Onları fərqləndirməzdim. Bizim üçün əsas problem istilik idi. Hazırda Finlandiyada havanın temperaturu müsbət 16 dərəcədir. Orada oynamaq daha asan olacaq".
Avropa Liqasının oyununda dörd qol: "
Neftçi" şansını gələn dəfəyə saxladı
Türkiyənin "
Fənərbağça" klubu Bakıya gələ bilər