05:38 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
83310

Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıblar. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.

BAKI, 3 avqust — Sputnik. “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.

Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıblar. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.

“Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan “Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.

Fasilədən sonra “Neftçi” oyunda durumu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıblar. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçiblər. “Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə bərabərlik gətirib – 2:2.

Qeyd edək ki, “Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.

Avropa Liqası, Çempionlar yolu
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
21:00. “Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) - 2:2
Qollar: Sabir Buqrin, 59, Emin Mahmudov, 80 - Roope Riski, 61, Jair, 65
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Bakı. “Bakcell Arena”

Eləcə də oxuyun:

  • Türkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər

  • Rusiyada oyun zamanı stadionda diri ilan aşkarlandı

  • Ramin Musayev: “Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”

Teqlər:
"Neftçi", Avropa Liqası, Finlandiya, Bakı, futbol

Əsas mövzular