Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 12-ci Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

© AP Photo / Petros GiannakourisКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala təqdim edə bilərlər.
BAKI, 3 avqust — Sputnik. Bakıda keçiriləcək 12-ci Beynəlxalq Qısa Filmlər Festivalına yerli və əcnəbi rejissorlardan film qəbulu elan edilib.
Festivalın Təşkilat Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 12-16 noyabr tarixlərində Bakıda baş tutacaq festivala filmlərin qəbulu avqustun 25-nə kimi davam edəcək.
Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və "Cinemobil" bölmələrinə təqdim edə bilərlər.
Yerli müsabiqədə "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı sosial çarx" nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı "Qızıl Nar" və pul mükafatı təqdim ediləcək.
Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN təşkil edir.
Göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə buraxılacaqlar. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.
Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR"da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
Eləcə də oxuyun:
Müharibəni canlı görmək və onu filmdə yaratmaq: Gənc rejissorun xəyalı gerçək olub
Azərbaycanda kino günü: 123 illik tarix
Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiya
 
 
Xəbər lenti
0