Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda kino günü: 123 illik tarix

Abunə olmaq
Milli Kino Günü ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz. 

Bu il Azərbaycan kinosunun 123 yaşı tamam olur. Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu. 

"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilib və hazırda fondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

1920-ci ildən sonra Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhu, milli adət-ənənələri özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər olub.

Son illərdə kino sahəsinə dövlət marağının artması tarixi-vətənpərvərlik mövzularında çəkilmiş nisbətən iribüdcəli “Cavad xan” və “Hökmdarın taleyi” kimi filmlərin meydana gəlməsinə kömək olub. 

Bu gün Azərbaycanda filmlər dövlət sifarişilə yanaşı, özəl şirkətlərin xəttilə də çəkilir.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Milli Kino Günü ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz. 

Xəbər lenti
0