Lerik sakini öz rekordunu təzələməklə dünyanın ən kiçik xalçasını toxudu
Lerik sakini öz rekordunu təzələməklə dünyanın ən kiçik xalçasını toxudu
Sputnik Azərbaycan
Azərbaycanlı xalçaçı həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Xalçada cəmi 33 sıra, onun hər 1 kvadrat santimetrində 250 ilmə var. 02.08.2021, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. Lerik rayonu sakini, miniatür xalça ustası İlqamət Hadıyev dünyada ən kiçik ölçülərə malik xalça toxuyub. İ.Hadıyev xalçanın üzərində xarı-bülbülün şəklini toxumaqla əl işini Vətən müharibəsində şəhid olanlara həsr etdiyini Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib:""Xarı-bülbül" xalçasını dörd gün ərzində, fasilələrlə səhər saat 09:00-dan gecə 22:00-dək toxuyub bitirdim. Bu xalça nəinki mənim toxuduğum miniatür xalçalar arasında, hətta dünyada ən kiçik ölçülü xalçadır. “Dünya rekordlar kitabı”nda 2X3 sm ölçüsü olan bir xalça dünyanın ən kiçikölçülü xalçası kimi iddia edilirdi.Mən ötən il daha kiçik, eni 1,9 sm, uzunluğu isə 2,8 sm olan xalça toxumuşdum. Amma bu “Xarı-bülbül” xalçasının ölçüləri - eni 1,9 sm, uzunluğu isə 2,1 sm-dir. Beləliklə, mən həm dünya rekordunu, həm də öz rekordumu təzələmiş oldum. Xalçada cəmi 33 sıra, onun hər 1 kvadrat santimetrində 250 ilmə var. Beləcə, dünyanın ən kiçik xalçasında cəmi 957 ilmə var. “Xarı-bülbül” xalçasının qalınlığı isə 1 millimetrdir"."Dövlət qulluğunda işləməyimə baxmayaraq xalça toxumağa vaxt tapıb işlərimi ərsəyə gətirirəm. “Xarı-bülbül” xalçasından əvvəl isə “Qarabağ xalçası”nı toxumuşdum. Bu xalçanı toxumağa isə dörd ay vaxt sərf etmişəm. Yəni ötən ilin dekabr ayında “Qarabağ xalçası”nın miniatür prototipini toxumağa başladım və bu ilin mart ayında bitirdim.24 saylı Regional Xəzinədarlıq İdarəsinin aparıcı məsləhətçisi işləyən və eləcə də xalçaçılıqla məşğul olan İlqamət Hadıyev hazırda şirkətlər tərəfindən sifarişlər alıb. Həmin şirkətlər öz loqolarının xalça üzərində toxunması sifarişini ediblər.Eləcə də oxuyun:Azərbaycanda toxunmuş miniatür xalçalar “Ginnesin Rekordlar Kitabı”na düşə bilərİmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə "yığmaq" istəyir
Azərbaycanlı xalçaçı həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Xalçada cəmi 33 sıra, onun hər 1 kvadrat santimetrində 250 ilmə var.
BAKI, 2 avqust — Sputnik. Lerik rayonu sakini, miniatür xalça ustası İlqamət Hadıyev dünyada ən kiçik ölçülərə malik xalça toxuyub. İ.Hadıyev xalçanın üzərində xarı-bülbülün şəklini toxumaqla əl işini Vətən müharibəsində şəhid olanlara həsr etdiyini Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib:
""Xarı-bülbül" xalçasını dörd gün ərzində, fasilələrlə səhər saat 09:00-dan gecə 22:00-dək toxuyub bitirdim. Bu xalça nəinki mənim toxuduğum miniatür xalçalar arasında, hətta dünyada ən kiçik ölçülü xalçadır. “Dünya rekordlar kitabı”nda 2X3 sm ölçüsü olan bir xalça dünyanın ən kiçikölçülü xalçası kimi iddia edilirdi.
Mən ötən il daha kiçik, eni 1,9 sm, uzunluğu isə 2,8 sm olan xalça toxumuşdum. Amma bu “Xarı-bülbül” xalçasının ölçüləri - eni 1,9 sm, uzunluğu isə 2,1 sm-dir. Beləliklə, mən həm dünya rekordunu, həm də öz rekordumu təzələmiş oldum. Xalçada cəmi 33 sıra, onun hər 1 kvadrat santimetrində 250 ilmə var. Beləcə, dünyanın ən kiçik xalçasında cəmi 957 ilmə var.
“Xarı-bülbül” xalçasının qalınlığı isə 1 millimetrdir".
"Dövlət qulluğunda işləməyimə baxmayaraq xalça toxumağa vaxt tapıb işlərimi ərsəyə gətirirəm. “Xarı-bülbül” xalçasından əvvəl isə “Qarabağ xalçası”nı toxumuşdum. Bu xalçanı toxumağa isə dörd ay vaxt sərf etmişəm. Yəni ötən ilin dekabr ayında “Qarabağ xalçası”nın miniatür prototipini toxumağa başladım və bu ilin mart ayında bitirdim.
Miniatür “Qarabağ xalçası” əl işlərimin içərisində ən sıx toxunuşa malik olanıdır. Burada hər kvadrat santimetrdə 315 ilmə var. “Qarabağ xalçası”nı Qarabağ xalçaları kataloqunda baxıb toxumuşam. Bu xalça kataloqda 432 nömrəli xalçadır və mən onun miniatür formasını işlədim”, - xalçaçı söyləyib.
24 saylı Regional Xəzinədarlıq İdarəsinin aparıcı məsləhətçisi işləyən və eləcə də xalçaçılıqla məşğul olan İlqamət Hadıyev hazırda şirkətlər tərəfindən sifarişlər alıb. Həmin şirkətlər öz loqolarının xalça üzərində toxunması sifarişini ediblər.
Eləcə də oxuyun:
Azərbaycanda toxunmuş miniatür xalçalar “Ginnesin Rekordlar Kitabı”na düşə bilər
İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə "yığmaq" istəyir