02:32 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
© Sputnik / Rahim Murad / Səbinə Əsəsdova

Lerik rayon sakini İlqamət Hadıyev hədəflərindən biri ölkədə ilk dəfə miniatür xalça muzeyini yaratmaqdır.

İxtisasca maliyyəçi olan Lerik sakini 48 yaşlı İlqamət Hadıyev yaşadığı rayonda həm də xalça ustası kimi tanınır. Adətən qadınların məşğul olduğu bu sənətə onun marağı uşaqlıqdan yaranıb. Çünki anası dövrünün məşhur xalça ustalarından biri olub. Bu sənətə həm də maliyyəçi gözü ilə baxan İlqamət yeni bir biznes ideya düşünərək reallaşdırır. Belə ki, o ölkədə ilk dəfə miniatür xalça toxumağa başlayır. İlk uğurlu layihəsi isə müxtəlif ölkələrin bayraqlarını miniatür xalça formasında toxumaq olur. Beləliklə, 2010-cu ildə "Mondigah-2010" adlı ilk əl işi meydana gəlir. İlqamət Hadıyev artıq “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün çalışır.

"Ukraynada yaşayan bir vətəndaşın toxuduğu və “Ginnesin Rekordlar Kitabı”na ən kiçik xalça kimi iddia edilən miniatür xalçanın ölçüsü 2x3 santimetrdir. Mənim toxuduğum miniatür xalça isə 1,9x2,8 santimetrdir. Bu xalçanın adı “Buta”dır. Burada cəmi 1500 ilmə var. Hər çində 30 ilmə var və cəmi 50 çin var. Azərbaycan Dövlət bayrağının rənglərinə uyğun olaraq butaların rəngi göy, qırmızı, yaşıl rəngdədir. Bu xalça “Dünyanın ən kiçik xalçası” adına iddialıdır", - İlqamət Hadıyev bildirib.

İlqamət Hadıyev deyir ki, böyük xalçalarda həm sintetik, həm yarısintetik, həm də yun saplardan istifadə edilir. Miniatür xalçada isə yalnız ipək sap, əriş və iynə sap lazım olur. Çünki hər kvadrat santimetrə maksimum sayda ilmə düşsün deyə ən nazik saplardan istifadə olunur.

Digər videolar

Əsas mövzular