Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva və Pekin Əfqanıstanda qalmaq məsələsində Ankaranı dəstəkləməlidir – Perenciyev

© AFP 2024 / ILYAS AKENGINТурецкие военнослужащие, фото из архива
Турецкие военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Rusiyalı hərbi şərhçi Aleksandr Perenciyev əmindir ki, Rusiya və Pekin dəstəklədiyi təqdirdə, Türkiyə nəinki Əfqanıstanda qala bilər, hətta orada öz koalisiyasını da yaratmağa qadirdir.

BAKI, 15 iyul — Sputnik. Əfqanıstanda mövcud vəziyyət - beynəlxalq arenada ən yüksək səviyyədə müzakirə olunan bir nömrəli mövzudur.

Ən vacib məsələ - regionda təhlükəsizliyi kimin və necə təmin edəcəyi, ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından sonra Kabildə hakimiyyətin çökməməsi üçün nələrin edilməsidir.

Əfqanıstandaxili hadisələrə zidd olmayaraq

Türkiyə Kabil hava limanının təhlükəsizliyinin beynəlxalq saziş çərçivəsində, Əfqanıstan hökuməti və əfqan xalqının mövqeyi nəzərə alınmaqla təmin olunmasında iştirak etməyə hazırdır. Belə bir açıqlama ilə Türkiyə parlamentinin beynəlxalq məsələlər komissiyasının sədr müavini Əhməd Berat Çonkar çıxış edib.

Onun sözlərinə görə, Əfqanıstan hökuməti və Taliban* ölkədə sabitliyi təmin edəcək struktur yaratmalıdırlar və Türkiyə hərbi qüvvələrinin bu ölkədə varlığı bunun üçün zəmin yarada bilər.

"Lakin bu təkcə Ankaranın qəbul edəcəyi qərar deyil", - deyə Çonkar RİA Novosti-yə müsahibəsində bildirib.

Kabil hava limanı məsələsi artıq xeyli vaxtdır ki, müzakirə olunur. Məsələ ondadır ki, Türkiyə tərəfi Ankaranın irəli sürdüyü bəzi şərtlərə əməl edildiyi təqdirdə ABŞ qoşunlarının çıxarılmasından sonra onun mühafizəsinin təşkilini təmin etmək təklifini irəli sürmək niyyətindədir.

Bu barədə yekun qərar qəbul olunmamasına baxmayaraq, taliblər artıq Türkiyə hərbçilərinin Əfqanıstan ərazisində yerləşdirilməsinə qarşı olduqlarını bəyan ediblər, çünki "bu, ölkənin suverenliyinə ziddir".

Onlar Türkiyə hərbçilərinin Əfqanıstanda qalacağı təqdirdə müqavimət göstərəcəklərini bildirərək, baş verəcək hadisələrə görə məsuliyyətin "daxili işlərə qarışanların" üzərinə düşəcəyini bəyan ediblər.

Bununla yanaşı, Əfqanıstan hökumətinin təhlükəsizlik və müdafiə qoşunlarının nümayəndəsi Əcmal Şinvari isə ümumiyyətlə bildirib ki, Kabil hava limanına əfqan qüvvələri cavabdehlik daşıyacaq, əcnəbilər isə yalnız texniki işlərlə məşğul olacaqlar.

Moskvanın mövqeyi

Əgər Kabil hakimiyyəti hələ keçən il Rusiyanın, özü də təkcə Rusiyanın deyil, həm də Çin, ABŞ və Pakistanın yeni koalisiya keçid hökumətinin formalaşmasına gətirib çıxaracaq əfqanlararası danışıqlar prosesinin başlaması təklifinə razılıq versəydi, hazırda baş verənlərin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkün olardı – bunu Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bəyan edib.

O əmindir ki, indi genişməzmunlu danışıqlar prosesinə başlamaq lazımdır və bunun koalision keçid dövlətinin yaradılması ilə nəticələnəcəyi qaçılmazdır. Koalision hökümətdə kimin hansı səviyyədə təmsil olunacağı isə artıq əfqanların öz işidir. Qoy onlar özləri qərar verib razılığa gəlsinlər. Onlar heç kimin seçməyəcəyi iqtidar barədə əsaslı şəkildə razılığa gəlməlidirlər - bu, müharibə edən iki tərəf arasındakı danışıqların mövzusudur.

"Bu fikri amerikalılar, pakistanlılar, çinlilər də bölüşür – əgər nəzərə alsaq ki, Əfqanıstanda heç bir iş tələsik görülmür, bu tip müvəqqəti administrasiya iki-üç il fəaliyyət göstərə bilər. Bəli, Əfqanıstanda heç bir iş tələsik görülmür. Nə etmək olar, bir millət kimi əfqanların xarakteri belədir", - deyə o qeyd edib.

Əsas odur ki, ölkədə xaos, hakimiyyət boşluğu olmasın, bunun üçün də birgə administrasiya yaradılmalıdır ki, hərbi əməliyyatlara son qoyub bir sıra problemləri həll etsin. Yalnız bundan sonra Əfqanıstanın gələcək müqəddəratı və hakimiyyət forması barədə düşünmək olar. "Əfqanlar ölkədə qayda-qanun yaratmalı, taliblərin cəmiyyətə inteqrasiyası məsələsini həll etməlidirlər", – deyə XİN nümayəndəsi vurğulayıb.

Sərhədyanı ölkələrin iştirakı ilə koalisiya

Taliblər və Türkiyə arasında vəziyyətin nizamlanması üçün hansı mexanizmin tətbiq oluna biləcəyi barədə Sputnik Azərbaycan Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi analitik Aleksandr Perenciyevlə söhbət edib.

Analitik bildirib ki, Rusiya və Çin Əfqanıstanda qalmaq məsələsində Türkiyəni dəstəkləməlidir. Belə ki, Türkiyə qoşunları oradan çıxarılacağı təqdirdə, Moskva və Pekinin orada arxalanacağı bir qüvvə olmayacaq.

Onun qənaətinə görə, Rusiya və Çin Türkiyəyə Əfqanıstanda öz koalisiyasını yaratmaqda kömək edə bilərdilər.

"Həm də koalisiya taliblərin qarşısının sərhədlərindən uzaqlarda alınmasında maraqlı olan həmsərhəd dövlətlərin iştirakı ilə qurula bilərdi. Burada söhbət Türkmənistan, Özbəkistan, Tacikistan və Pakistandan gedir", - deyə ekspert bildirib.

Bundan əlavə, bu məsələdə Şanxay əməkdaşlıq təşkilatının regional antiterror strukturundan da istifadə oluna bilər. Həmin struktur terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizədə səlahiyyətli orqanlara yardım, əlaqələndirmə və qarşılıqlı fəaliyyət üçün yaradılıb", - deyə analitik vurğulayıb.

Perenciyev onu da deyib ki, gələcəkdə bu cür koalisiya taliblərlə iqtisadi layihələrin həyata keçirilməsinə də başlaya bilər.

"Yəni, koalisiya Talibanla qarşıdurma istiqamətində deyil, Əfqanıstandaxili dialoqun başlanmasına xidmət edə bilər. Bununla taliblərə başa salmaq olar ki, onlar üçün vuruşmaq əvəzinə birgə quruculuq layihələrində iştirak etmək daha sərfəli olar", - deyə analitik bildirib.

Bakı və Ankara koalisiyanın nüvəsi rolunu oynaya bilər

NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda olan və hələ ki oradan çıxarılmamış Azərbaycan sülhməramlılarına gəldikdə, analitik hesab edir ki, yəqin ki, bu bölmələr heç çıxarılmayacaq.

Hərbi analitikin fikrincə, Türkiyə ilə eyni səviyyədə Azərbaycan da Əfqanıstanda baş verən proseslərdə, konkret olaraq koalisiyanın yaradılmasında iştirak etməlidir.

"Bakı və Ankara bu koalisiyanın nüvəsi ola və öz ətrafında yuxarıda adı çəkilən ölkələri birləşdirə bilər", - deyə Sputnik Azərbaycan-ın müsahibi fikrini tamamlayıb.

Azərbaycan sülhməramlıları hələ ki Əfqanıstandadırlar

Ötən həftə Azərbaycan parlamentinin növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın hərbi kontingentini təcili olaraq Əfqanıstandan çıxarmağa çağırıb.

Azərbaycan Müdafiə Nazirliyi bir qədər əvvəl xəbər verib ki, Azərbaycan hərbçilərinin bu ölkədən çıxarılmasına artıq başlanıb. Düzdür, hələlik bu prosesin nə zaman başa çatacağı aydın deyil.

Azərbaycan sülhməramlıları NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda xidmət aparırdılar. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiyası 2002-ci ilin noyabr ayında başlanıb. 2018-ci ildən etibarən missiyada 120 hərbi qulluqçu, əlavə olaraq iki hərbi həkim və altı zabit iştirak edir.

ABŞ lideri Co Bayden aprel ayında bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Nyu-Yorkda baş vermiş terror aksiyasının ildönümünə qədər (11 sentyabr 2001-ci il) qoşunlarını tamamilə Əfqanıstandan çıxaracaqlar.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0