SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlər və 20-dən çox ölkənin XİN rəhbərləri Əfqanıstanı müzakirə edəcəklər

© REUTERS / MOHAMMAD ISMAILАфганский полицейский следит за блокпостом на окраине Кабула, Афганистан, 13 июля 2021 года
Афганский полицейский следит за блокпостом на окраине Кабула, Афганистан, 13 июля 2021 года - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Bu gün altı yüzdən çox diplomat Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi yollarının aranması üçün Daşkənddə müzakirələrə qatılacaq.

BAKI, 15 iyul — Sputnik. Daşkənddə yüksək səviyyəli "Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı münasibətlər. Təhdid və imkanlar" mövzusunda konfrans öz işinə başlayır. Tədbirdə dünyanın mühüm bölgələri arasında qarşılıqlı münasibətlər və əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Konfransda Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni, Pakistan İslam Respublikasının Baş naziri İmran Xan, 20-dən çox ölkənin xarici işlər nazirləri, nüfuzlu beynəlxalq və regional təşkilatların rəhbərləri, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell iştirak edəcəklər.

Konfrans iştirakçılarının ümumi sayı 600-dən yuxarıdır. BMT-nin Baş katibi Antonio Quterreşin konfrans iştirakçılarına videomüraciət edəcəyi gözlənilir.

İyulun 16-da isə Rusiya xarici işlər naziri Sergey Lavrov Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin dördüncü görüşündə iştirak edəcək.

"Prezident Şavkat Mirziyayevin təşəbbüsü ilə keçirilən forum Mərkəzi və Cənubi Asiya ölkələri arasında dostluq, dövlətlər arasında etimad və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Plenar və bölmə iclaslarında regional qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi imkanları, o cümlədən davamlı inkişafın təmin edilməsində qarşılıqlı ticarət və nəqliyyat fəaliyyətinin, mədəni və humanitar əlaqələrin canlanması yolu ilə dostluq və qarşılıqlı etimadın gücləndirilməsi, regional təhlükəsizlik sahəsindəki təhdid və təhlükələr müzakirə olunacaq", – deyə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov jurnalistlərə bildirib.

"Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı münasibətlər. Təhdid və imkanlar" mövzusuna həsr olunmuş konfransın əsas müzakirə məsələlərindən biri də "Məzari-Şərif-Kabil-Pişəvər" dəmir yolu layihəsinin inşası olacaq. Layihənin həyata keçirilməsi Əfqanıstanda sülhə nail olmaq səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Bu cür layihələr, prinsipcə, Əfqanıstan böhranının sülh yolu ilə həll olunmasında maraqlı olan bütün tərəflər üçün birləşmə nöqtəsi rolunu oynaya bilər.

Sözügedən layihənin icrası və ondan iqtisadi səmərə əldə olunması, buna bənzər layihələr əfqan böhranının sülh yolu ilə həllinə marağı artıracaq və bölgədə vəziyyətin qısa müddətdə sabitləşməsinə gətirib çıxaracaq. Maddi qazanc isə ticarət aparmağın döyüşməkdən daha sərfəli olduğunu anlamağa yardım edəcək. Bu həqiqət üzərində qurulan regional fikir birliyi hər hansı bir siyasi və ya geosiyasi razılaşmadan daha güclü olacaq.

Bu səbəbdən də Əfqanıstanın Mərkəzi və Cənubi Asiyanı birləşdirən bir körpü kimi qurulmasını dəstəkləyən konfrans iştirakçıları yalnız sosial-iqtisadi və nəqliyyat-kommunikasiya problemləri üçün həll yolları aramayacaq, eyni zamanda, bu bölgələrin regional təhlükəsizliyini və sabitliyini təmin etmək barədə fikir mübadiləsi aparacaqlar.

Ümumilikdə isə konfransın əsas mövzuları bölgələrarası əlaqələrin genişləndirilməsi, Mərkəzi və Cənubi Asiyanın malik olduğu nəhəng iqtisadi, nəqliyyat, tranzit, enerji və humanitar potensialın reallaşmasıdır.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

Eləcə də oxuyun:

Xəbər lenti
0