03:17 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
15 0 0

Bundan əlavə 14 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu da zərərsizləşdirilib. Hərbi əməliyyatlar ölkənin Paktiya, Gilmənd, Qanzi, Xost, Qəndəhar, Nimruz və Takar əyalətlərində keçirilib.

BAKI, 14 iyul — Sputnik. Əfqanıstanın hökumət qoşunları ötən sutka ərzində 200-ə qədər yaraqlını məhv edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir.

"Taliban* hərəkatının 191 terrorçusu məhv edilib, 154 nəfər yaralanıb", - deyə respublikanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda qeyd olunur.

Məlumata görə, bundan əlavə 14 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar ölkənin Paktiya, Gilmənd, Qanzi, Xost, Qəndəhar, Nimruz və Takar əyalətlərində keçirilib.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir.

Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

*Rusiyada qadağan olunmuş terrorçu təşkilat.

Əsas mövzular