CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kaxaber Sxadadze: “Neftçi” güclü olduğu üçün ona uduzmadıq

© AFP 2023 / PAUL FAITHTbilisinin “Dinamo” klubunun baş məşqçisi Kaxaber Sxadadze, arxiv şəkli
Tbilisinin “Dinamo” klubunun baş məşqçisi Kaxaber Sxadadze, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Tbilisinin “Dinamo” klubunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi”yə qarşı cavab oyunu barədə fikirləri ilə bölüşüb.

BAKI, 13 iyul - Sputnik. Bakının “Neftçi” klubu güclüdür, amma Tbilisinin “Dinamo”su “neftçilər”in gürcülərdən daha güclü olması səbəbindən uduzmadı. Sputnik Azərbaycan bildirir ki, bunu oyunöncəsi mətbuat konfransında Tbilisinin “Dinamo” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Çərşənbə günü, iyulun 14-də Bakıda, “Baksel Arena”da Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubu ilə Tbilisinin “Dinamo” komandası cavab oyununa çıxacaqlar. Bir həftə öncə Tbilisidə baş tutan oyun “neftçilər”in 1:2 hesablı qələbəsi ilə bitmişdi.

Bakıya qayıdış

Gürcü mütəxəssis, öz növbəsində son dəfə altı il əvvəl gəldiyi Bakı haqda xoş sözlər söyləyib.

“Uzun illər işlədiyim Bakıda çoxdan olmamışam. Bakı mənim üçün dünyanın ən gözəl şəhərlərindən biridir. Burada olmadığım altı il müddətində şəhər daha da geniş və gözəl olub”, - Sxadadze deyib.

Sabah keçiriləcək oyuna gəlincə,  mütəxəssis qeyd edib ki, hər iki komandanı çətin görüş gözləyir.

Səhvlər üzərində iş

“Tbilisidəki birinci oyundan da çətin olacaq bizə. Birinci oyundakı məğlubiyyətimizin əsas səbəbi o idi ki, iki səhv buraxdıq və rəqibimiz də onlardan yararlandı. “Neftçi” yüksək səviyyəli, güclü komandadır, ancaq biz zəif olduğumuz üçün uduzmadıq. Rəqib yalnız bizim səhvlərimiz sayəsində qazandı. Biz onu yaxşı öyrənmişik və bu dəfə o cür səhvlər etməyəcəyik”, - Sxadadze vurğulayıb.

Bakı stadionu məşqçinin xoşuna gəlib

Bundan başqa, “Dinamo”nun məşqçisi 11 min tamaşaçı tutan “Baksel Arena”nın rahatlığını da qeyd edib.

“Avropa miqyasına görə elə də çox tamaşaçı tutumu olmasa da, qeyd edim ki, “Baksel Arena” futbol oyunlarının keçirilməsi üçün ən rahat meydançalardan biridir. Mən çox stadion görmüşəm, ancaq Bakı arenası futbol baxımından ən yaxşılardan biridir”, - Sxadadze əlavə edib.

Qeyd edək ki, Bakının “Neftçi” və Tbilisinin “Dinamo” klubları arasında oyun çərşənbə günü, iyulun 14-də Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu cütlüyün qalibi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Eləcə də oxuyun: 

Xəbər lenti
0