Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Evə gedirdi, Romaya gəldi: AVRO-2020-nin müzəffəri İtaliya millisidir

© REUTERS / MICHAEL REGANФутболисты сборной Италии радуются победе в финале ЕВРО-2020
Футболисты сборной Италии радуются победе в финале ЕВРО-2020 - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
RİA Novosti-nin müxbiri Aleksandr Roqulev futbol üzrə başa çatmış Avropa çempionatının yekunları barədə.

İtaliya millisi İngiltərə yığmasına qalib gələrək 1968-ci ildən indiyə qədər ilk dəfə Avropa çempionu olub. Londonun "Uembli" stadionunda keçən qarşılaşma oyundan sonrakı penaltilərlə başa çatıb. Oyunun əsas və əlavə vaxtından sonra hesab 1:1 olub, penaltilər zamanı isə uğur italyanların tərəfinə keçib - 3:2.

Nəticədə Peterburq "Zenit"inin keşmiş baş məşqçisi Roberto Mançininin rəhbərlik etdiyi komanda AVRO-2020-də keçirdiyi yeddi oyunun hamısından qalib ayrılıb. Oyunlardan ikisi penalti seriyası, biri isə əlavə vaxtda başa çatıb.

Rusiya yığmasının süqutu

Rusiya millisi üçün hazırkı çempionat, belə demək mümkünsə, yad bir bayrama çevrilib. Stanislav Çerçesovun rəhbərlik etdiyi komanda AVRO-2020-də Belçika (0:3) və Danimarka (1:4) komandalarına sarsıdıcı hesabla məğlub olub. Komandanın finlər üzərində əziyyətlə qazandığı qələbənin (1:0) isə heç qrupda üçüncü yerdən pley-off mərhələsinə çıxmağa iddialı olmağa da imkan vermədi: dördlüyü qapayan rusiyalılar B qrupunda bihörmət oldular.

Məğlubiyyətin əsas səbəbkarı Çerçesov təyin olundu. KİV və azarkeşlərdən sosial şəbəkələrdə öz ünvanına çoxlu tənqid eşidən yığmanın baş məşqçisi birbaşa efirdə "Rossiya seqodnya" BİA-nın binasında mətbuat konfransı keçirməyə qərar verdi. Təəssüf ki, bununla mütəxəssis vəziyyəti bir qədər də çətinləşdirdi. Bundan bir neçə gün sonra isə Rusiya Futbol İttifaqı (RFİ) rəsmən onun istefaya göndərildiyini elan etdi.

Bundan əlavə, yığma komandanın zəif çıxışı, özü də təkcə futbolda deyil, həmçinin xokkey və basketbolda uğursuzluqları rusiyalı məmurları bu idman növlərində yarışların təşkilində ciddi dəyişikliklər barədə düşünməyə vadar etdi.

"Vergi ödəyiciləri və hökumət başqa nəticələr tələb edir", - deyə Rusiya hökuməti sədrinin müavini Dmitriy Çernışenko bildirib.

Yaxın vaxtlarda Rusiya premyer-liqasında legionerlər limiti dəyişdirilə bilər, həmçinin əməkhaqlarının "yuxarı həddi" müəyyən oluna bilər. Bu istiqamətdə işlər Rusiya İdman Nazirliyinə tapşırılıb.

"Rusiyada idmanın oyun növlərinin inkişafı üçün vahid yanaşma və prinsiplər işlənib hazırlanmalıdır. Dövlətin və ictimai təşkilatların bu sahədə rolunu və məsuliyyətini dəqiq anlamaq lazımdır. Olimpiya oyunlarından sonra biz hər bir federasiya ilə razılaşma imzalamağı planlaşdırırıq. Həmin sənədlərdə federasiyaların inkişaf proqramının, idmançıların göstəriciləri ilə bağlı hədəflərin, planın yerinə yetirilməsi meyarlarının və maliyyələşmə həcminin olması vacib maddə olcaq", – deyə Rusiyanın idman naziri Oleq Matıtsin hökumətin AVRO-nun nəticələrinə həsr olunmuş iclasına yekun vuraraq bildirib.

Sankt-Peterburq AVRO-nun öhdəsindən gəlib

Avropa çempionatının daha bir Rusiya tərəfi – Sankt-Peterburqdur. AVRO oyunlarına ev sahibliyi etmiş 11 şəhərdən biri olan Sankt-Peterburq öz üzərinə düşən vəzifələrin öhdəsindən yığma komandadan qat-qat yaxşı gəldi. Peterburqda rusiyalıların belçikalılar və finlərlə qarşılaşmalarından sonra "E" qrupunun komandaları – Polşa, Slovakiya və İseçin iştirakı ilə daha üç oyun, "B" qrupundan Finlandiya-Belçika oyunu, habelə İsveçrə və İspaniya milliləri arasında 1/4 final oyunu da keçirilib.

© Sputnik / Владимир Песня / Mediabanka keçidRussiya - Daniya oyunu zamanı
Evə gedirdi, Romaya gəldi: AVRO-2020-nin müzəffəri İtaliya millisidir - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Russiya - Daniya oyunu zamanı

Ümumilikdə AVRO-nun Sankt-Peterburqda keçirilən yeddi oyununu 132 752 tamaşaçı ziyarət edib. Bu rəqəm daha böyük ola bilərdi, lakin stadionda mümkün tamaşaçı sayı koronavirus pandemiyası üzündən 50% məhdudlaşdırılıb. Rusiyada artıq turnir dövründə yoluxmuşların sayında artım oldu, lakin COVID-19-un yeni dalğası oyunların uğurlu təşkilinə mane ola bilmədi ki, bu da bir qədər sonra UEFA tərəfindən qeyd olundu.

"Siz göstərdiniz ki, sevdiyi işə sadiq olan və motivasiya olunmuş insanlar vahid komanda kimi çalışanda, eyni məqsədləri və iddiaları bölüşəndə nələrə nail olmaq olar. Hətta koronavirus pandemiyası ilə əlaqədar olan qeyri-müəyyənliyə baxmayaraq, mən həmişə sizin məqsədyönlü şəkildə AVRO-2020 oyunlarını keçirməyə can atdığınızı qeyd etmişəm", - deyə UEFA-nın törəmə təşkilatı olan UEFA Events SA şirkətinin baş direktoru Martin Kallen təşkilat komitəsinə məktubunda yazıb.

Rusiya millisinin çıxışı fonunda AVRO-2020 oyunlarının təşkili o qədər uğurlu idi ki, jurnalistlər hətta təşkilat komitəsinin rəhbəri Aleksey Sorokinə milli komandaya rəhbərliyi də təklif ediblər.

"Çox sağ olun, amma mən elə piyada da gedərəm", - deyə qurum rəhbəri zarafatla onlara cavab verib. İndi isə Sankt-Peterburq 2022-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyununa hazırlaşacaq.

Macarlar bayramı qaytardılar, lakin cərimə olundular

AVRO-nun əsas məqsədlərindən biri, sözsüz ki, bütün dünyaya tezliklə koronavirus üzərində qələbə qazanılacağı barədə mesaj vermək idi. Belə ki, Avropa çempionatı pandemiya başlanandan bəri ilk idman bayramı idi ki, stadionların tərk edilmiş görünməməsi üçün oyunlara kifayət qədər tamaşaçı buraxılırdı. Ümumilikdə, təşkilatçılara buna nail ola bildilər – kütləvi məhdudiyyətlərə və pandemiyanın bütün qitədə tüğyan edən üçüncü dalğasına rəğmən, oyunların keçirildiyi şəhərlərdə futbol bayramı hiss edildi.

Bu məsələdə Macarıstanı ayrıca qeyd etmək lazımdır. İyunun əvvəlinə qədər əhalinin yarısı peyvəndlənmişdi ki, bu da Ferens Puşkaş stadionunun tamaşaçılarla tam doldurmağa imkan verdi. Nəticədə - "əsl" fanatlı, bannerli, şüarlı, qışqırıqlı və təbii ki, qalmaqallı AVRO.

Bəzi macar azarkeşlərinin Portuqaliya (macarlar 0:3 hesab ilə məğlub olub), Fransa (1:1) və Almaniya (2:2) komandaları ilə oyunlarda davranışında UEFA-nın xüsusi təhqiqatından sonra ayrı-seçkilik elementləri aşkar olunub və buna görə də Macarıstan millisi cəzalandırılıb. Komanda doğma divarlar arasında üç oyununu boş tribunalarla keçirməli və 100 min avro cərimə ödəməli olacaq. Tribunaların ağzına qədər dolu olması komandaya kömək edə bilmədi. Macarlar ümumilikdə yaxşı çıxış etsələr də, cəmi iki xal toplayaraq "ölüm qrupu"nda dördüncü yerdə qərarlaşdılar.

Koronavirus iki şəhəri – İspaniyanın Bilbao və İrlandiyanın Dublin şəhərlərini AVRO oyunlarından məhrum etdi. Budapeşt arenasından savayı bütün stadionlarda tamaşaçı sayı bu və ya başqa cür məhdudlaşdırılırdı. Avropa xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəsi (ECDC) etiraf edib ki, AVRO keçirildikdən sonra bir sıra ölkələrdə yoluxanların sayı yenidən artmağa başlayıb. Buna baxmayaraq, Avropa çempionatı sübut etdi ki, COVID-19 dövründə də yaşamaq mümkündür.

Eriksenin ürəyi, Sterlinqin "balığı"

Rusiya millisinin uğursuzluğu AVRO-nun əsas ixtiralarından biri olan Danimarka yığması ilə sız bağlıdır. AVRO-nun lap əvvəlində, Finlandiya komandası ilə oyunda turnirin əndəhşətli epizodu baş verdi – bu, Kristian Eriksenin oyun zamanı yıxılması idi. Danimarka millisinin yarımmüdafiəçisi elə meydanda ürək dayanması keçirdi. Həkimlər bir neçə dəqiqə oyunçuya təcili yardım göstərdilər, o cümlədən ürəyin bilvasitə masajını da etdilər. Nəticədə, ürəyi işə salmaq və Erikseni yenidən həyata qaytarmaq mümkün oldu, Danimarka millisi isə məğlub olsa da, ounu başa çatdıra bildi.

Əvəzində, danimarkalılar çox yaxşı oynayırdılar: belçikalılarla oyunda hesabda irəlidə idilər (nəticədə 1:2 hesabı ilə məğlub oldular), Rusiya (4:1) və Uels (4:0, 1/8 finalda) komandalarını darmadağın etdilər, daha sonra isə dörddəbir finalda çexlərə qalib gəldilər (2:1). Kasper Yulman və yetirmələri daha da irəli gedə bilərdilər. Lakin İngiltərə komandası ilə yarımfinal oyununun əlavə vaxtında, hesab 1:1 olarkən Rahim Sterlinq cərimə meydançasında balıq suya girdiyi kimi yerə yıxıldı və qapıçı penaltini dəf etdikdən sonra Harri Keyn topu təkrar zərbə ilə danimarkalıların qapısına vurdu. Bununla da britaniyalılar finala çıxdılar.

Penaltinin özü, yumşaq desək, müəmmalı idi. Odur ki "balıq" fəndi adlandırılan epizod tezliklə internet istifadəçiləri arasında çox populyarlaşdı və turnirin ən yaddaqalan epizodlarından birinə çevrildi. "Mən cərimə meydançasına daxil oldum, o isə qəflətən ayağını uzatdı. Nəticədə top qapıya daxil oldu və yeganə əhəmiyyəti olan da elə budur", - deyə Sterlinq oyundan sonra müsahibədə deyib.

Sözsüz ki, bu AVRO-nu digər komandalar da öz hesablarına yaza bilərlər. Məsələn, Andrey Şevçenkonun rəhbərliyi altında Ukrayna millisi dörddəbir finala qədər gəlib çıxdı. Əfsanəvi hücumçunun rəhbərlik etdiyi "sarı-mavilər" açıq futbol oynamaqdan çəkinmirdilər. Lakin nəticədə bunun acı nəticəsini hiss etdilər – ingilislər onları yerə sərib üzərindən keçərək ukraynalıların qapısına dərd cavabsız top vurdular.

Elə həmin mərhələdə Belçika millisi də turnirdən kənarda qaldı. Turnirin fvoritlərindən biri olan belçikalılar italyanlara tuş gəldilər və bərabər mübarizədə 1:2 hesabı ilə məğlub oldular. Dörddəbir finalda "qırmızı şeytanların" heyətində zədə üzündən Eden Azar oynaya bilmədi. Komandanın digər lideri Kevin de Brüyne isə iki fərqli zədə üzündən bütün turnir boyu əziyyət çəkirdi. Yəqin ki, belçikalıların getdikcə yaşlanmaqda olan "qızıl nəsli" 2018-ci ilin dünya çempionatındakı bürünc medallardan daha əhəmiyyətli bir şey əldə edə bilməyəcək.

Ronaldu – qənimətsiz qəhrəman

Avropa çempionatında biz bir neçə, həqiqətən təsirləndirici rekordlara və kifayət qədər uzun sürən silsilələrin başa çatmasına da şahid olduq. Bu rubrikanın əsas qəhrəmanı bənzərsiz Kriştianu Ronaldudur. Bu, onun meydana çıxdığı sayca beşinci AVRO-dur (bunun özü də rekorddur). Hələ Macarıstan komandası ilə ilk turdakı oyunda (3:0) portuqaliyalı hücumçu dubl edərək Avropa çempionatlarının final mərhələsində vurulmuş qolların sayı ilə bağlı Mişel Platininin 1984-cü ildə imza atdığı rekordu təkrarladı. Yeni nailiyyət 14 topdur, çünki bundan sonra Ronaldu daha üç qol vurub.

Bundan əlavə, Fransa millisinin qapısına iki top vurmuş hücumçu milli komandaların heyətində vurduğu qolların sayına görə iranlı Əli Daeyiyə məxsus rekordu da təkrar edib. Belə ki, bu iki hücumçu milli komandaların rəsmi oyunlarında 109 qol vurublar. Ronaldu Belçika komandası ilə 1/8 final oyununda rekordu təzələyə bilərdi, lakin rəqibin müdafiəsi qüsursuz idi və bununla da portuqaliyalılar AVRO-da çıxışlarını başa çatdırdılar. Tezliklə Kriştianu həmkarını ötüb keçəcək. Çünki Əli Daeyi 2007-ci ildə karyerasını başa vurub, 36 yaşlı Ronaldu isə hələ ki karyerasını bitirmək niyyətində deyil.

© AFP 2024 / THANASSIS STAVRAKISKriştian Ronaldu
Evə gedirdi, Romaya gəldi: AVRO-2020-nin müzəffəri İtaliya millisidir - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Kriştian Ronaldu

Ümumiyyətlə, Avropa çempionatı qollarla zəngin oldu və ən məhsuldar çempionat kimi tarixə düşdü. Amma AVRO-2020 avtoqolların sayı ilə bağlı maraqlı anomaliya ilə də yadda qaldı. Avropa çempionatlarının bütün tarixi boyu cəmi 9 avtoqol qeydə alınıb. Bu çempionatda isə birdən-birə 11 avtoqol!

Qapıya qol vurulması ilə bağlı daha bir rekord çexiyalı futbolçu Patrik Şikə məxsusdur. Belə ki, Şotlandiya komandası ilə oyunda hücumçu 45,5 metr məsafədən topu rəqibin qapısına göndərib və bu qol təkcə Avropa birinciliklərində deyil, dünya çempionatları tarixində də ən uzaq məsafədən vurulan qoldur! Bundan əvvəlki rekord 2010-cu il dünya çempionatında Çili komandasının qapısına 43 metrdən qol vurmuş David Vilyaya məxsus idi.

Not coming home

Hazırkı çempionatın əsas göstəricisi 60 ədədidir. Yubiley üçün məhz bu cür format düşünülmüşdü – AVRO-nun bütün qitə boyu 12 şəhərdə keçirilməsi. Lakin elə bu müddət ərzində də, yəni heç vaxt İngiltərə millisi finala çıxa bilməyib. Britaniya azarkeşləri bu fakt üzərində bacardıqları qədər istehza etdilərsə də, "üç şiri" dəstəkləməkdə də davamlı oldular. Nəticədə, yubiley AVRO-sunda komanda nəinki finala çıxdı, hətta mükafatın bir adımlığında da oldu.

Qaret Sautgeytin komandası Xorvatiya, Çexiya və Şotlandiya komandaları ilə yeni qrupdan məğlubiyyətsiz və qol buraxmadan çıxdı. Pley-off mərhələsinin ilk iki oyununda da Almaniya (2:0) və Ukrayna (4:0) komandalarına qalib gəln ingilislər yenə də qol buraxmadılar. Sautgeytin beton müdafiəsini yalnız yarımfinalda danimarkalılar (2:1 hesabı ilə ingilislərin qələbəsi) və finalda italyalar qıra bildilər. Daha üç qolu isə Cordan Pikford artıq final oyununun penalti seriyasında braxdı.

© AFP 2024 / LAURENCE GRIFFITHSİtaliya yığmasının futbolçuları
Evə gedirdi, Romaya gəldi: AVRO-2020-nin müzəffəri İtaliya millisidir - Sputnik Azərbaycan, 1920, 12.07.2021
İtaliya yığmasının futbolçuları

Qeyd etmək vacibdir ki, Avropa çempionatının bütün final hissəsi Böyük Britaniyanın ən əsas stadionunda – "Uembli"də keçirilib. İngiltərə yığmasının uöurlu çıxışı artıq yarımfinaldan başlayaraq xalq gəzintiləri və bayram şənliklərinə təkan verib və bu tədbirlərdə azarkeşlər, hətta italyanlarla oyunu gözləmədən zarafatla "üç şiri" 1996-cı ildən müşayiət edən "It`s coming home" mahnısını oxuyublar.

Bununla eyni zamanda İtaliyada digər bir şüar - "It`s coming to Rome" dəbə mindi. İtalyanlar Anri Delone kubokunu ingilislərdən az gözləmirdilər. Onların komandası sonuncu dəfə uzaq 1968-ci ildə çempion olub. 2000-ci ildə qalib ola bilərdilər, lakin o vaxt əlavə vaxtda fransızlara məğlub oldular.

Bundan 21 il sonra italyanlar özləri hesabdakı geriliyi aradan qaldırmaq məcburiyyətində qaldılar. "Skuadra adzurra" oyunun dördüncü dəqiqəsində qol buraxdı, lakin kompensasiya olunmuş vaxtı gözləməyə ehtiyac qalmadı – Bonuççi 67-ci dəqiqədə qopu ingilislərin qapısına göndərdi. Penalti seriyasında isə britaniyalılar daha zəif oldular və kubok həqiqətən də Romaya yollandı.

Xəbər lenti
0