BAKI, 13 iyul — Sputnik. Budapeşt koronavirus əleyhinə vaksinlərin bəyənilməsi məsələsinin siyasiləşdirilməsini Avropa İttifaqının böyük səhvi hesab edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib. Macarıstan diplomatiyasının rəhbəri deyib: "Pandemiyadan əvvəlki dövrdə həkim mənə resept yazanda mən dərman almaq üçün aptekə gedir və preparatın hansı ölkədə, kim tərəfindən istehsal edilməsinə fikir vermirdim. İndi yeni fenomen yaranıb: vaksinin kim tərəfindən istehsal edilməsini soruşuruq".
Nazir daha sonra qeyd edib ki, COVID-19-a qarşı Rusiyada və Çində istehsal edilmiş vaksinləri Macarıstan laboratoriyalarında diqqətlə təhlil edərək onların səmərəli və təhlükəsiz olması qənaətinə gəliblər.
Macar alimlər hətta Rusiyada və Çində vaksin istehsal edilən fabriklərdə olub, bütün zəruri sənədləri tədqiq edib və istehsal prosesini öyrəniblər.
Macarıstan XİN başçısı Avropa İttifaqını kəskin tənqid edərək deyib: "Brüssel isə hələ də vaksinasiyaya geosiyasi və ideoloji məna verir".
Pandemiya necə başladı
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda tətbiq olunan vaksinlər
Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya 2021-ci il yanvarın 18-dən başlanıb. Azərbaycanda hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.
Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin ("BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") qeydiyyata alınıb.
Eləcə də oxuyun:
-
Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazir müavini
-
Bu ölkə koronavirus vaksinini məcburi etdi
-
Azərbaycanda COVID-19-a qarşı üçüncü doza vaksin vurulacaq - Rəsmi
-
"Pfizer" vaksinini kimlər vurdura bilər? Növbə barədə hər şey
-
Dünyanın ən iri miqrant vaksinasiyası mərkəzi neçə çalışır?