Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazir müavini

© AFP 2024 / CHAIDEER MAHYUDDINМедицинский работник вводит дозу вакцины Sinovac против коронавируса Covid-19, фото из архива
Медицинский работник вводит дозу вакцины Sinovac против коронавируса Covid-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur, amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək.

BAKI, 8 iyul — Sputnik. "6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur: "Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "İmmunitet sertifikatı"nın müddəti 6 ay uzadılacaq.

Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "Vaksin sertifikatı"nın müddəti 6 ay uzadılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib, aktiv xəstə sayı 1138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10025, ötən müddət ərzində isə ümumilikdə 3813017 test aparılıb.

Həmçinin Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55169 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3910624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2396007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1514617 təşkil edir.

Xəbər lenti
0